Abşeronda elektrik enerjisi təchizatı yenilənir
Tarix: 08.12.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Abşeron rayonunun kənd və qəsəbələrində əhalini sabit və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə “Azərişıq” ASC tərəfindən mühüm işlər həyata keçirilir.
Abşeronda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin normal fəaliyyət göstərməsi üçün enerji təchizatına xüsusi diqqət yetirilır. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq yeni yarımstansiyaların tikintisi davam etdirilir, işıq xətləri və dirəkləri yenilənir. Bu yarımstansiyalar rayon sakinlərinin etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təminatının həyata keçirilməsində mühüm rol oynayacaq.
“Azərişıq” ASC-nin Novxanı kəndində fəaliyyət göstərən Bağlar Enerji Təchizatı və Satış İdarəsi tərəfindən əhalinin elektrik enerjisi təminatı ilə bağlı xeyli iş görülüb. Qış aylarında Novxanı, Görədil, Fatmayi, Məhəmmədi kəndlərində və idarənin xidmət göstərdiyi digər ərazilərdə elektrik enerjisinin verilişində heç bir çətinlik olmayacaq.
İdarənin rəisi Zülfü Ağayev bildirib ki, son iki ildə Novxanı, Məhəmmədi, Fatmayi, Görədil kəndlərində və idarənin xidmət sahəsinə aid olan ərazilərdə istismar müddəti başa çatan köhnə transformator məntəqələri yeni komplekt transformator məntəqələri ilə əvəzlənib. Təmirə ehtiyacı olan transformatorlarda əsaslı təmir işləri aparılıb. Yeni dayaqlar basdırılıb, yüksəkgərginlikli şəbəkə üçün nəzərdə tutulan dirəklərdə isə təmir və yenidənqurma işləri aparılıb, yeni SİP kabel və naqillər çəkilib. İstismar müddəti başa çatan sayğaclar yeni elektron sayğaclarla əvəzlənib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda rayon sakinləri fasiləsiz elektrik enerjisi ilə tam təmin olunur.
Qış mövsümünə hazırlığa hələ yay aylarından başlanılıb. İdarənin xidmət ərazisində 24 saat növbətçilik sistemi yaradılıb. Fərdi abonentlərdən daxil olmuş şikayət və çağırışlar mütəmadi diqqətdə saxlanılır. “Azərişıq” ASC-nin “199 çağrı xidməti”nə də müraciətlər daxil olur. Belə müraciətlər qeydə alındıqda dərhal qəza yerinə mütəxəssislər göndərilir və nasazlıq aradan qaldırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info