“Cross Border Club”u Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib
Tarix: 08.12.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Yaponiyanın “Cross Border Club” (“Sərhədləri Aşanlar Klubu”) şirkəti 2017-ci ilin yekun toplantısında Azərbaycanı ilin ən uğurlu istiqaməti elan edib.
Şirkətin təşkil etdiyi toplantıya Yaponiyanın müxtəlif prefekturalarında fəaliyyət göstərən yapon biznesmenlər, Azərbaycan diasporunun fəalları, digər ölkələrin iş adamları qatılıblar.
Tədbiri giriş sözü ilə açan şirkətin baş meneceri Kazuyasu İşida bildirib ki, başa çatmaqda olan il şirkət üçün uğurlu olub. Dünyanın bir çox ölkələri ilə iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi istiqamətində layihələr uğurla həyata keçirilib. 2017-ci ildə Azərbaycanın əsas istiqamət kimi seçildiyi və Bakıda “Japan Expo-2017” yapon məhsulları sərgisinin böyük müvəffəqiyyətlə təşkil edildiyi xüsusi vurğulanıb. Bir neçə il ərzində aparılan danışıqlar, təşkil edilən seminarlar öz müsbət nəticəsini verib. Oktyabrın sonlarında Bakı Biznes Mərkəzində təşkil edilən sərgidə Yaponiyanın müxtəlif prefekturalarının 60-dan çox şirkətini təmsil edən 200-dən çox iş adamının qatıldığı sərgi zamanı qarşılıqlı işgüzar əlaqələr qurulub, birgə layihələrin icrasına başlanıb. Sərginin nəticəsi olaraq Bakıda yapon məhsullarının təqdim edildiyi ilk “Show room” təşkil edilib. Yapon məhsullarının Bakıda davamlı şəkildə təqdimi ilə yanaşı, Tokioda da Azərbaycan məhsullarının sərgisinin təşkili barədə qərar qəbul edilib. Bu, yüksək keyfiyyəti və təbiiliyi ilə seçilən Azərbaycan məhsullarının Yaponiyada daha geniş tanınmasına şərait yaradacaq.
İlin yekunlarına həsr edilən toplantıya qatılan yapon iş adamı, “Takeuma LLC” şirkətinin baş direktoru Akira Çikuan AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirib ki, ilk dəfə səfər etdiyi Azərbaycan, xüsusən də Bakı müasir inkişafı, özünəməxsus memarlığı ilə onu valeh edib: “Böyük müvəffəqiyyətlə keçən sərgi günlərində azərbaycanlıların yüksək qonaqpərvərliyinin, isti münasibətinin şahidi oldum. İki gün davam edən sərgiyə 10 mindən çox ziyarətçinin gəlməsi burada Yaponiyaya böyük marağı olduğunu təsdiq edirdi. Məni ən çox insanlarınızın mehribanlığı, zəngin mədəniyyətiniz və çox dadlı mətbəxiniz heyran etdi. Bakının gözəlliyini sözlə ifadə etmək çox çətindir, müasir və qədim arxitekturanın uğurlu vəhdəti çox xoşuma gəldi. Böyük məmnuniyyətlə Azərbaycan ilə əlaqədar növbəti layihələrdə iştirak etməyi düşünürəm”.
Əcnəbi ölkələrə sərmayələrin yönəldilməsi üzrə konsaltinq şirkətinin prezidenti Hiroyaki Nakano isə bildirib ki, sərgi onların şirkəti üçün də uğurlu olub. Belə ki, Bakıda təşkil edilən sərgi zamanı qarşılıqlı maraq doğuran birgə layihələrin həyata keçirilməsi barədə danışıqlar aparılıb. “Sevinirəm ki, sərginin nəticəsi olaraq yaranan ticari-iqtisadi əməkdaşlıq həm də xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. Bu isə qarşılıqlı səfərlərin artmasına, bir-birimizi daha yaxından tanımağa imkan yaradacaq. Bildiyimə görə, tezliklə Yaponiya ilə Azərbaycan arasında birbaşa reyslərin açılması da nəzərdə tululur. Bu, bizə Şərq ilə Qərbin, eyni zamanda Cənub ilə Şimalın qovşağında yerləşən Azərbaycan ilə əlaqələri daha da inkişaf etdirməyə imkan yaradacaq. Ölkələrimiz arasında inkişaf edən bu əməkdaşlıq isə xalqlarımızın rifahına xidmət edəcək”, - deyə H.Nakano bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info