ETSN-də gənclər təşkilatları üçün məlumat turu olub
Tarix: 08.12.2017 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat turu keçirilib. Məlumat turu Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər üçün təşkil olunub.
Məlumat turunda iştirakçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti haqqında təqdimat vasitəsi ilə missiyası və strukturu, Azərbaycanın ekoloji balansında rolu haqqında məlumat əldə ediblər. Daha sonra şöbələri ilə tanış olub, həyata keçirilən və planlaşdırılan layihə və proqramlarda, xüsusən, gənclər təşkilatlarının rolu və iştirakı barədə ətraflı məlumat alıblar. Turun sonunda gəncləri maraqlandıran suallar cavablandırlıb.
Məlumat üçün qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə iqtisadiyyatının təbii sərvətlərə olan ehtiyyacının ödənilməsinə, ətraf mühitin mühafizəsi və sağlamlaşdırılmasının təmin edilməsinə, meşələrin mühityaradıcı, su mühafizəsi və digər təbii faydalı xüsusiyyətlərinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, təbiət abidələrinin, komplekslərin və obyektlərin bioloji müxtəlifliyinin qorunub saxlanılmasına istiqamətlənmiş tədbirləri hazırlayır və həyata keçirir. Gənclərin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. Ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ətraf mühit problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədə uyğun hesab edilir.
Xatırladaq ki, Milli Şuranın məlumat turlarını keçirməsində məqsədi Azərbaycan Respublikasının prioritetlərinə müvafiq olaraq gənclər təşkilatlarının rəhbərləri və fəallarının tarixi, mədəniyyət, incəsənət obyektləri, innovativ və müasir infastruktur vahidləri ilə tanışlığının və məlumatlılığının artırılmasından ibarətdir. Bugünədək Milli Şuranın təşkilatçılığı ilə “Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi”,“Quba Soyqırım Memorial Kompleksi”, “Sağlam Ailə” klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisi, 5 saylı Bakı “ASAN xidmət” mərkəzi, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti, Mərkəzi Seçki Komissiyası, YARAT Müasir İncəsənət Mərkəzi və “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Yandırılması və Çeşidlənməsi zavodları, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR),“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fonduna, Bakı Neft Emalı Zavodu və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə məlumat turları təşkil olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info