“İnsan Resursları Sammiti - Bakı 2017”
Tarix: 08.12.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker - insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun tədbirdə giriş nitqi ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir: “Ümumiyyətlə təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir. Biz də, “Azərbaycan Dəmir Yolları” olaraq bu siyasətin, bu konsepsiyanın tələblərinin icrasından irəli gələrək insan resurslarının və onun idarəedilməsinin inkişafına öz töhfəmizi vermək niyyətindəyik. Bu baxımdan dövlət, xalq və onun gələcək müqəddəratı qarşısındakı ictimai məsuliyyətimizi bilərək belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyimizi əsirgəməmişik. Çünki insan resursları idarəçiliyinin funksional, iqtisadi və fərdi olduğu kimi, ictimai məqsədləri də var. Çünki bu sahə, həm də milli kadrların inkişafına, hazırlanmasına imkan yaradır”.
Tədbirin əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən rəhbər şəxslərdir. Sammitin spikerləri yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların, əsasən, insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info