Ombudsman: “Azərbaycan dövləti üçün insan hüquqları prioritetdir”
Tarix: 08.12.2017 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


"Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, konfrans 10 dekabr - Beynəlxalq İnsan Hüquqları gününə həsr olunur. Ombudsman qeyd edib ki, Azərbaycan dövləti üçün insan hüquqları prioritet məsələdir.
E. Süleymanova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra çoxsaylı beynəlxalq konvensiyaya qoşulduğunu xatırladıb.
Milli Məclis sədrinin müavini Bahar Muradeova deyib ki, Azərbaycanda insanların hüquqlarını təmin edən qanunvericilik aktları qəbul edilib, dini inanclar qanunla qorunur: "Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin hüquqları müəyyən istisnalarla təmin edilir. Qeyd etmək istərdim ki, Milli Məclis Ombudsman İnstitutu ilə çox sıx əməkdaşlıq edir. 15 ildə Ombudsman İnstitutu Azərbaycanda möhkəmlənib".
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, 1948-ci ildə Ümumdünya İnsan Hüquqları bəyannaməsi qəbul edilib: "Ümumdünya İnsan Hüquqları bəyannaməsi özündə universal dəyərlər öz əksini tapıb. 1948-ci ildə bəyannamədə qeyd olunan məsələlər bu gün də aktualdır"
Q. İshaqzai Azərbaycanın müvafiq hesabatları BMT-nin aidiyyəti qurumlarına vaxtında təqdim etdiyini vurğulayıb.
Tədbir çıxışlarla davam etdirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info