Ödənişsiz aksiya təşkil olunub
Tarix: 08.12.2017 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


“Həyat Fondu” və “Gemodo” şirkətinin birgə dəstəyi ilə onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkənlərə, xüsusilə uşaqlara yardım məqsədilə layihə gerçəkləşdirilib. Layihə çərçivəsində Almaniyanın Düsseldorf Universitetinin uşaq onkologiyası və hematologiyası kafedrasının müdiri və klinikanın baş həkimi, professor Arndt Borkhardt ölkəmizə səfər edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycanda hematoloji və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları müayinə etmək və müalicələrinə dair məsləhətlər verməkdir. Milli Onkologiya və Respublika Talassemiya Mərkəzlərində keçirilən qəbullarda “Həyat Fondu” tərəfindən dəvət olunmuş və Milli Onkologiya Mərkəzinin uşaq klinikasında talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar iştirak ediblər. Xəstələrə qoyulan diaqnoz və müalicələrinin gedişi ilə maraqlanan professor müayinə zamanı valideynlərə övladlarının müalicəsi ilə bağlı məsləhətlər də verib.
Səfərin son günü Respublika Talassemiya Mərkəzində professor Ardnt Borkhardtın iştirakı ilə “Pediatrik onkologiya və hematologiyada yeniliklər” mövzusunda elmi seminar keçirilib. Azərbaycanın aparıcı alimlərinin iştirakı ilə baş tutan tədbirdə onkologiya və hematologiya sahəsindəki ən son yeniliklər müzakirə olunub.
Qeyd edək ki, Düsseldorf Universiteti onkoloji və hematoloji xəstəliklərinə dair elmi araşdırmalar və müalicə sahəsində dünyanın ən məhşur mərkəzlərdən biri hesab edilir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info