Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Tarix: 08.12.2017 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Dekabrın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev, baş katibin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Akademiyanın rektoru Fuad Hacıyev, Milli Məclisin deputatları, gənclər təşkilatlarının rəhbərləri, tanınmış idmançılar iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Akademiyanın akt zalında keçirilən tədbirdə Azərbaycan Dövlət Xor Kapellasının ifasında dövlət himni ifa edilib.
Sonra ulu öndər Heydər Əliyev haqqında film nümayiş olunub.
Tədbirdə qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Böyük siyasi xadim, zəngin biliyə, geniş dünyagörüşünə, yüksək intellektə malik, vətənpərvər şəxsiyyət olan ulu öndər Heydər Əliyev daim öz xalqına və dövlətinə sədaqətlə xidmət göstərib, ömrünü bu işə həsr edib. Qədirbilən xalqımız dahi oğlunun xidmətlərini heç vaxt unutmayacaq, Ulu Öndərimizin xatirəsi daim qəlblərdə yaşayacaq.
Anım tədbirinin bədii hissəsində ulu öndər Heydər Əliyevin sevdiyi mahnılar ifa olunub, dahi şəxsiyyətin xatirəsinə həsr edilən videoçarx göstərilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info