Sahibkarların imkanlarının təmin edilməsi müzakirə edilib
Tarix: 08.12.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Bu gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "KOS subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

"APA-Economics" xəbər verir ki, Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına və telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritələrində 2017-ci il üzrə müəyyən edilmiş tədbirlərin icrasına və 2018-ci ildə bu istiqamətdə görüləcək işlərə həsr olunmuş konfransda dövlət qurumlarının, assosiasiyaların, QHT-lərin, eləcə də kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb, strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin İqtisadiyyat Nazirliyi üzrə icrası barədə məlumat verib, KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin, innovativ düşüncə tərzinin, yeni bilik və bacarıqların, beynəlxalq təcrübənin aşılanmasının önəmini diqqətə çatdırıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi istiqamətində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, yalnız 2017-ci ilin 11 ayı ərzində xarici və yerli ekspertlərin iştirakı ilə Bakıda və ölkənin regionlarında 108 treninq, seminar, dəyirmi masa  və  digər tədbirlər keçirilib. Tədbirlərdə 2000-dən çox dinləyici iştirak edib. Bu tədbirlər əhalinin müxtəlif qruplarını əhatə etməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün keçirilib.

Məlumat verilib ki, İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və menecer Almaniyada iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçib ki, onların da 38 nəfəri 2017-ci ildə göndərilib. Bütün ixtisasartırma kursu keçənlərin 20,1%-ini (68 nəfər) qadın sahibkarlar və menecerlər təşkil edir.
 
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Vergilər Nazirliyinin Tədris Mərkəzinin direktoru Əli Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin əvəzi Kristina Məmmədova və digərləri çıxışlarında KOS subyektləri üçün "ömür boyu öyrənmək" imkanlarının təmin edilməsi sahəsində görülmüş işlər və həyata keçirilmiş tədbirlər, bu sahədə imkanların təmin edilməsinin elmi-metodoloji məsələləri və s. barədə danışıblar.

Konfrans 2 panel iclasla davam edib.
 
“KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin metodoloji məsələləri” panel iclasında kiçik və orta sahibkarların bacarıqlarının artırılması məqsədilə fundamental təhsildən sonrakı təlimlərin KOS subyektləri üçün faydaları, nəzəri təlimlərlə yanaşı, sektorlar üzrə praktiki biliklər verən xüsusi təlimlərin keçirilməsinin səmərəliliyi, KOS subyektlərinin təlim ehtiyaclarına müvafiq olaraq mövcud tədris və təlim proqramlarında təkmilləşdirmələrin aparılması və s. müzakirə olunub. 2018-ci ildə bu istiqamətdə görüləcək işlərin əlaqələndirilməsinin vacibliyi vurğulanaraq, aidiyyəti strukturların birgə fəaliyyətinin həyata keçirilməsi qərara alınıb.

“KOS subyektləri üçün informasiya texnologiyalarının tədrisinin inkişaf istiqamətləri” panel iclasında isə informasiya texnologiyalarının istifadəsində KOS subyektlərinin səriştəlilik səviyyəsinin artırılması, rəqabətədavamlı işçi qüvvəsinin formalaşdırılması, əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan tələbat və s. məsələlər müzakirə olunub.


Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info