Azərbaycanda peşəkar vəkillərin sayı artırılacaq
Tarix: 08.12.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb.
A.Bağırov jurnalistlərə bildirib ki, Vəkillər Kollegiyası ilk öncə vəkilliklə bağlı sənədlərin qəbuluna başlayacaq: "Məlum olduğu kimi, qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, yanvarın 1-dən fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər. Vəkillər Kollegiyası buna hazır olmalıdır. Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq".
A.Bağırov bildirib ki, Kollegiya həmçinin, regionlarda hüquqi yardım işini təkmilləşdirməyə çalışacaq: "Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır və bu sahədə ciddi problemlər var. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin, standartlara cavab versin. Həmçinin, vəkillərin peşə hazırlığının artırılması məsələsi gündəmdədir. Biz istəyirik ki, hüquqi yardım göstərənlərin peşə hazırlığı yüksək olsun. Vəkillərin beynəlxalq fəaliyyətinə də üstünlük veriləcək. Eyni zamanda istəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq və müvafiq qərarlar qəbul edəcəyik. Vəkillərin peşəkarlıq səviyyəsi artırılmalıdır".
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info