Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükədədir
Tarix: 08.12.2017 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyət təhlükə altındadır. Azərbaycanın Efiopiyadakı səfirliyindən verilən məlumata görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında çıxışında deyib.
F.Əliyev tədbir iştirakçılarına son illər ərzində Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində əldə etdiyi uğurlarından bəhs edərək, ölkədə bu istiqamətdə həyata keçirilən fəaliyyətlər, o cümlədən su ehtiyatlarının və təhlükəli tullantıların səmərəli idarə olunması, meşəsalma tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli monitorinq və hidrometeorologiya sisteminin modernləşdirilməsi barədə geniş auditoriyaya məlumat verib.
Nazir müavini Ermənistanın Azərbaycan torpaqlarının 20%-i işğal etdiyini və bunun nəticəsində həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizin işğal olunmuş ərazilərində ekoloji vəziyyətin təhlükə altında olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulmuş hədəflərə çatmaq üçün davamlı inkişaf gündəliyində duran məsələlərin həllində əngəllər yaratdığını görüş iştirakçılarının diqqətinə çatdırıb.
Assambleya çərçivəsində nazir müavini F.Əliyev BMT-nin Ətraf Mühit Assambleyasının yeni seçilmiş sədri, Estoniyaın Ətraf Mühit naziri Siim Kiisler ilə görüşərək, ona səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli vəzifədə uğurlar arzulayıb. Sonra gündəlikdə duran cari ekoloji məsələlərə dair fikir mübadiləsi aparılıb, Azərbaycan ilə Estoniya arasında ətraf mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu sahədə hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi qeyd olunub.
F.Əliyev həmçinin, Litvaın Ətraf Mühit Naziri Kestutis Navickas ilə görüşü zamanı ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edib.
Assambleyada iştirak çərçivəsində BMT-nin Ətraf Mühit üzrə Proqramının İcraçı direktoru Erik Solheym ilə keçirilən görüşdə belə mötəbər tədbirin təşkilinə, habelə Assambleyanın hazırlıq mərhələsində konstruktiv dialoq və səmərəli əməkdaşlığa görə minnətdarlıq bildirilib və tərəflər arasında səfərlər mübadiləsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, F.Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 3-cü Assambleyasında iştirak edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info