Rusiyadan yeni hərbi plan: Tartusda atom sualtı qayıqları lövbər salacaq
Tarix: 08.12.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər



Müqavilə təsdiqləndi-Aralıq dənizində gücünü artıran Moskva Tartusda tam təşəkküllü hərbi-dəniz bazası yaradır

Rusiya hökuməti ölkənin Suriyanın Tartus hərbi bazasındakı möhkəmlənməsi ilə bağlı iki dövlət arasında imzalanmış sazişi təsdiqləyib. Bu saziş hökumətin təsdiqindən əvvəl Dövlət Dumasında ratifikasiya olunub. Suriya ordusunun keçmiş briqada generalı Rusiya mətbuatına verdiyi açıqlamada bildirib ki, Tartusdakı bazanın genişlənməsi və yeni hərbi texnika ilə təmin olunması istiqamətində genişmiqyaslı iş aparılır.
Onun sözlərinə görə həmin baza vasitəsilə təkcə rus hərbçilərinin deyil, eləcə də suriyalı hərbçilərin hərbi texnika ilə təminatı həyata keçirilir. Rusiya Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı Vladimir Masorin bildirib ki, Tartus bazası hələ sovet illərindən təkcə gəmilər üçün deyil, dizel-elektrik sualtı gəmiləri üçün də mühüm strateji məntəqə olub: “Həmin sualtı gəmilər Aralıq dənizində bütün briqada ilə üzürdülər. Bir çox texniki ləvazimatlar isə Tartusda saxlanılırdı. Həmin bazanın genişlənməsindən sonra Rusiya donanmasının regionda imkanları xeyli artmış olacaq. Dəyişiklikdən sonra Rusiya gəmiləri təkcə həmin bazada yanacaqla təmin olunmayacaqlar. Artıq orada təmir işləri aparılacaq və gəmilər lazım olan vaxta qədər lövbər sala biləcəklər. Aralıq dənizi bu gün ən gərgin ərazilərdən biri sayılır”. Bu ilin yanvarın 18-də imzalanan həmin sazişə əsasən Rusiya gəmiləri Tartusla yanaşı, Suriyanın ərazi sularına və limanlarına daxil ola bilərlər. Müqavilənin əsas maddəsi isə nüvə başlığı daşıyan raketlərlə təmin olunan gəmilərin də Suriya limanlarına yan ala bilməsi ilə bağlıdır. Rusiya eyni vaxtda Suriya limanlarında 11 hərbi gəmi saxlaya bilər. Nüvə enerji sistemləri ilə təmin olunan belə gəmilər adətən sualtı gəmilər olur. Müqavilənin müddəti 49 ilikdir. 5 il ərzində Rusiya tərəfi Tartusdakı bazada genişlənmə, yeni bina inşası işlərini həyata keçirərək müasir infrastruktur yaramağı planlaşdırır. Sənədlərdə Tartusdakı bazanın adı Material-Texniki Təminat Məntəqəsi adlanır. Amma ekspertlər bildirilər ki, Moskva Tartusda məntəqə yox, tam təşəkküllü hərbi-dəniz bazası yaradır. “Nezavisimaya qazeta” nəşri hərbi mənbələrə istinadən yazır ki, Moskva yaxın vaxtlarda Kuril adalarında da eyni hərbi-dəniz bazasının yaradılmasına başlayacaq. Son günlər Rusiya ilə ABŞ arasında Suriyada “İŞİD” qüvvələrinin məhv edilməsi ilə bağlı “söz atışması” yaşanır. Moskva Suriyada “İŞİD”in tam məhv edildiyini bildirsə də, Pentaqon buna şübhə edir. Bütün halda Rusiya Suriyanı tərk etmək, hərbi gücünü azaltmaq fikrində deyil. Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov bildirib ki, hərbi əməliyyatlar sona satandan sonra Moskva Suriyada hərbi iştirakı tam şəkildə davam etdirəcək: “Tartus və Hmmeym bazası nəinki fəaliyyətini davam etdirəcək, eləcə də perspektivdə bizim regionda iştirakımızı təmin etmək üçün daha da gücləndiriləcək”. ABŞ da Suriya və İraqla bağlı oxşar planı qurur. Pentaqon açıqlayıb ki, hazırda Birləşmiş Ştatların İraqda 5200, Suriyada isə 2 min hərbiçisi yerləşib. Pentaqon “İŞİD”ə qarşı mübarizə başa çatmadığından həmin gücü ixtisar etmək haqqında düşünmür. O da bəllidir ki, ABŞ Suriya ərazisində hərbi bazalar yaradıb. Türkiyə belə bazaların sayının 6 olduğunu açıqlayıb. ABŞ bazaları “İŞİD” və digər qruplaşmaların olduğu yerlərin yaxınlığında yaradılıb. Rusiya ordusunun Baş Qərargah rəisi ordu generalı Qerasimov ABŞ-ın Suriyada yeni bazalar yaratmasını anlamadığını bildirib. O deyib ki, ABŞ terrorçularla mübarizə aparmağa diqqət yönəltməkdənsə, bazalar yaratmaqla məşğuldur. Valeri Qerasimov amerikalıların Et-Tanfda olmasına da mənfi münasibət açıqlayıb. Ordu generalı hesab edir ki, amerikalıların orada olması Suriya hökumət qoşunlarının İordaniya və İraqla sərhədi nəzarətə götürməsinə imkan vermir. Qerasimov hərbi attaşelərlə görüşdə Rusiya hərbi hava qüvvələrinin İraqın qərbində olan terrorçuları məhv etmək üçün ora zərbə endirməyə hazır olduğunu açıqlayıb. Bu məsələ Qerasimov-Danford görüşündə də müzakirə edilib. Rəsmi Bağdad Moskvanın bu təklifinə müsbət yanaşır. ABŞ-ın Moskvanın təklifinə cavabı isə hələ açıqlanmayıb. İraq hökuməti bildirir ki, ölkə ərazisində “İŞİD”in tam məhv edilməsi Suriya ilə sərhədin tam azad olunmasından sonra mümkün olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info