“UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək”
Tarix: 08.12.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib. Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib. Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib. Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: “UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək”. UNEC-lə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor, RİM-in fəaliyyətinin bu imkanları daha da artırdığını vurğulayıb. Səfər çərçivəsində Ural Dövlət İqtisad Universitetinin struktur rəhbərləri ilə görüşlər keçirilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. UNEC-in nümayəndə heyəti Yekaterinburq vilayətinin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə də görüşüb. Diaspora rəhbəri Yekaterinburq vilayətində yaşayan azərbaycanlı gənclərin UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildirib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info