“Əl-Qaidə” ABŞ-ı hədələyib
Tarix: 09.12.2017 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Qüdsün Donald Tramp administrasiyası tərəfindən İsrailin paytaxtı hesab edilməsindən sonra “Əl-Qaidə” təşkilatı Vaşinqtonu və Təl-Əvivi terror aktları ilə hədələyib. “İnterfax” xəbər verir ki, təşkilat ABŞ-ın, İsrailin və onların müttəfiqlərinin obyektlərinə zərbə vuracağını bildirib. Eyni zamanda, İslam ölkələrinin rəhbərləri Amerika Prezidentinin qərarını sərt tənqid ediblər. Həmçinin Avropa İttifaqının mərkəzi aparatı, Roma Papası, Avropa ölkələrinin liderləri də Trampın bu addımına qarşı çıxıb, regionda gərginliyin artmasından narahatlıq ifadə ediblər. Ağ Ev fələstinliləri Mahmud Abbasın ABŞ-ın vitse-prezidenti Mayk Penslə dekabr ayına planlaşdırılan görüşünü təxirə salmamağa çağırıb. Fələstin hökumətinin nümayəndəsi Pensin ölkəsində arzu edilməyən qonaq olduğu anlamına gələn ifadə işlədib. Mahmud Abbasın liderlik etdiyi FƏTH hərəkatının yüksək vəzifəli üzvlərindən biri olan Cəbrayıl Racub ABŞ-ın vitse-prezidentinin Fələstin administrasiyasının başçısı ilə görüşünün dekabr ayında baş tutmayacağını bildirib. Mahmud Abbasın özü isə bu barədə şərh verməkdən yayınsa da, Trampın Qüds barədə qərarının ABŞ-ın Yaxın Şərqdə sülh prosesindən uzaqlaşdığı mənasına gəldiyini deyib. Xatırladaq ki, ABŞ Prezident Donald Tramp dekabrın 6-da Qüdsün İsrail paytaxtı sayılması və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi barədə qərar imzalayıb. Dünya ictimaiyyəti isə Qüds şəhəri üzərində İsrailin suverenliyini tanımır və onun statusunu Yaxın Şərq münaqişəsinin ən başlıca problemi hesab edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info