“Brexit” danışıqlarının ilk mərhələsi yekunlaşıb
Tarix: 09.12.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Brexit” üzrə danışıqlarda üç əsas mövzu - vətəndaşların hüquqlarının qarşılıqlı qorunması, İrlandiya sərhədləri və Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmağa görə ödəyəcəyi vəsait məsələlərində irəliləyiş əldə olunub. “Euronews” xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya-Aİ danışıqlarının ilk mərhələsinin nəticəsi üzrə məruzədə yer alıb. Britaniyanın Baş naziri Tereza Mey Avropa Komissiyasının sədri Jan-Klod Yunker və Avropa Şurasının başçısı Donald Tuskla danışıqlar aparmaq üçün Brüsselə gəlib. Mey və Yunkerin 15 səhifəlik “irəliləyiş barədə məruzəyə” qol çəkdiyi bildirilir. “Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması barədə sazişin əsas məqsədi Aİ və Böyük Britaniya vətəndaşlarının qarşılıqlı müdafiəsi, Aİ çərçivəsində və insanların seçimi nəticəsində əldə olunan hüquqlarının qorunmasıdır”, - məruzənin mətnində belə deyilir. İrlandiya məsələsində tərəflər Şimali İrlandiya və İrlandiya Respublikası arasında sərhədləri maksimal dərəcədə sərbəst saxlamaq barədə razılaşıblar. Maliyyə öhdəliyinə gəldikdə isə Britaniyanın ödəyəcəyi vəsaitin məbləği hələ bildirilmir, lakin tərəflər onun hesablanması metodu üzrə razılığa gəliblər. “Financial Times” jurnalı bu məbləğin 40-60 milyard avro olacağını yazır. Xatırladaq ki, Böyük Britaniya Avropa İttifaqını 2019-cu il martın 29-da tərk edəcək.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info