“Şəhadət” filmi “N” saylı hərbi hissədə nümayiş etdirilib
Tarix: 09.12.2017 | Saat: 03:01:00 | E-mail | Çapa göndər



Dekabrın 8-də Bərdə rayonundakı “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Komitənin Yevlax bölgəsi üzrə şöbə müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşı Rahib İbrahimov, hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.
Hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini, polkovnik-leytenant Babək Səmidli ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya nümunə ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. O, tolerantlığın milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, hər bir azərbaycanlının həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Zabit “Şəhadət” filminin hərbi hissələrdə nümayiş etdirilməsinin təqdirəlayiq hal olduğunu bildirib və bu cür maarifləndirmə tədbirlərinin mütəmadi keçirilməsinin əhəmiyyətini qeyd edib.
DQİDK-nın sədr müavini Səyavuş Heydərov Komitənin sifarişi ilə çəkilmiş “Fitnə”, “Vandalizm” filmləri barədə tədbir iştirakçılarına məlumat verib, bu ekran əsərlərinin dini maarifləndirmə sahəsindəki uğurlu nəticələrindən danışıb. O, Azərbaycan xalqının əsrlər boyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədə mövcud potensialın inkişafı, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirləri xüsusi vurğulayıb.
Sonra radikalizmin formalaşması, yayılması metodları, əhatə dairəsi barədə məlumat verən Komitə sədrinin müavini bu zərərli tendensiyaya qarşı mübarizə çərçivəsində milli-mənəvi dəyərlərimizin təbliğinin genişləndirilməsi istiqamətində həyata keçirilən maarifləndirmə tədbirlərinin ən səmərəli vasitə olduğunu bildirib.
“Şəhadət” filmi nümayiş etdirildikdən sonra tədbir iştirakçıları film barədə təəssüratlarını bölüşüblər.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info