Sərkisyanın reallığa istinad edən deputata etirazı
Tarix: 10.12.2017 | Saat: 02:33:00 | E-mail | Çapa göndər


Kasıbların problemləri, mövcud olan resursları bu insanlar üçün gətirmək iqtidarında deyil. Bu gün Ermənistanda yoxsulluq, aclıq səviyyəsində yaşayan insanlar ölkə əhalicini təqribən 30 faizindən çoxunu təşkil edir. Maraqlıdir ki, bunu Ermənistan parlamentinin Respublikaçılar Partiyasından olan deputat Akop Akopyan bildirib.
Dünya Bankının məlumatına istinad edən Akop Akopyan Ermənistanda yoxsulluq səviyyəsini aradan qaldirmaq ücün ildə 120 milyard dram ayırmaq lazim oldugunun yanlış olduğunu , əslində heç 200 milyard dramın da kifayət etmədiyini bildirib.(ArmenianReport). Təbii ki, Ermənistan prezidenti Serj Sərkisyanla eyni partiyaqda təmsil olunan deputat Akopb Akopyanın bunu qəsdən səsləndirmədiyinə şübhə etmir. Əks halda, o partiya tərəfdaşının mandatdan dərhal imtina etməyə məcbur edərdi. Lakin reallıqdan qaçmaq qeyri mümkündür.
Bəlkə də bunları gözə alan Serj Sərkisyan iqtidarda olan partiyanın İcraiyyə Komitəsinin iclasında Akop Akopyana sadəcə olaraq, o qədər də ciddi olmayan təzyiq göstərərək, başqa bir millət vəkili Xosrov Arutyunyana vəziyyəti aydınlaşdırmaq üçün göstəriş verib. Amma, belə görünür ki, Arutyunyanın hazirladığı bədbin hesabatdan pəjmürdə olan Sərkisyan hər kəsin verəcəyi bəyanatda ehtiyatlı olmalarını xatırladlb. Sərkisyanın sözlərinə görə, hakimiyyətdə olanlar gələcəkdə verəcəkləri ifadələrində daha ehtiyatlı olmalıdırlar: “Çünki, cəmiyyət bizim yoxsulluq problemlərinin aradan qaldirmaq istiqamətində apardığımız fəaliyyətimizə maraq göstərir. Belə ki, ölkədə kasibçılığın artması ölkə rəhbərliyinə qarşı etibarsızliğa böyük rəvac verə bilər”. Bu fikirləri partiyadaşlarının nəzərinə Sərkisyan xüsusi eyhamla catdırıb.
Başqa bir maraq kəsb edən sual isə hakimiyytdə olan millət vəkilləri tərəfindən səslədirilib: “ Necə olur ki, hər il Ermənitana leqal və ya qeyri-leqal yolla xeyli pul köçürmələri daxil olsa da, hələ də ölkədə yoxsulluq səviyyəsi yüksək olaraq qalmaqdadır?”. Erməni deputatlar bunu ölkədəki yanlış struktur səbəbləri ilə bağlayırlar. Ölkəyə, deyək ki, erməni diasporunun keçirdiyi marafon, və ya kiməsə yalmanmaq hesabşna vəsait daxil olur. Lakin bu vəsait ölkədəki kasıblara deyil, başqa istiqamətə-hakimiyyətdəkilərin cibinə yönəlir.
...Hazirda erməniləri qarşıdakı qişdan necə çıxacaqları narahat edir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
«Ermənistan ABŞ-üçün 170-ci ticarət tərəfdaşıdır»
17.07.2019
Son xəbər: Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var
17.07.2019
Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib
17.07.2019
Ermənistanda iş yerlərinin itxtisarı gözlənilir
16.07.2019
Erməni qadınların problemləri

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10829

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info