Azərbaycan Gimnastika Federasiyasına yeni baş katib seçilib
Tarix: 10.12.2017 | Saat: 04:22:00 | E-mail | Çapa göndər


Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının (AGF) İcra Komitəsinin 30-cu iclasında federasiyanın yeni baş katibi seçilib.
AGF-dən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə Bakı Gimnastika Məktəbi və “Ocaq” İdman Klubunun rəhbərləri həmin qurumların fəaliyyətini əks etdirən təqdimatla çıxış ediblər. Təqdimat zamanı gimnastika növləri üzrə fəaliyyət göstərən bölmələr haqqında məlumat verilib. Son bir ildə gimnastikanın inkişafı istiqamətində görülmüş işlər, o cümlədən gələcək planlar müzakirə edilib.

Həmçinin iclasda gimnastların lisenziyası üzrə qaydalarına və AGF tərəfindən təltif olunan xatirə medalları haqqında əsasnaməyə təklif edilən dəyişikliklər təsdiqlənib.
İclasda federasiyanın baş katibinin, gimnastika növləri üzrə kompleksli elmi tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların baş məşqçilərinin illik hesabatları da dinlənilib.
Sonra Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbovun AGF və UEG arasında maraqların mümkün toqquşmasını nəzərə alaraq federasiyada tutduğu baş katib vəzifəsindən azad olunması ilə bağlı icraiyyə komitəsinə ünvanladığı ərizəsi qəbul edilərək təsdiqlənib.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günədək müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.
N.Məmmədzadə 1979-cu ildə Bakıda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin ingilis dili ixtisası üzrə filologiya fakültəsində təhsil alıb, 2003-cü ildə isə həmin ixtisas üzrə Xəzər Universitetinin magistr dərəcəsini əldə edib.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info