Parisdə ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib 
Tarix: 11.12.2017 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya miqyaslı siyasətçi, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasim iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Ulu Öndərin fəaliyyətindən danışaraq bildirib ki, 1993-cü ildə ölkənin çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edib. Dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ulu Öndərin siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.
Qeyd edib ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, səmərəli enerji siyasəti, təhlükəsizlik, sosial inkişaf, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb, onun müsbət beynəlxalq imicinin formalaşmasını təmin edib.
Dövlətimizin və dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Qərbə inteqrasiya yolunu tutub və onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir.
“Ulu Öndərə görə enerji təhlükəsizliyi milli təhlükəsizliyin tərkib hissəsi olaraq, aparıcı rol oynamalı idi. Heydər Əliyev həmin dövrün bütün incəliklərini nəzərə alaraq mükəmməl neft strategiyasını hazırladı. Bu strategiyanı həyata keçirməklə Azərbaycanın regionun liderinə çevrilməsinin təməlini qoydu və dövlətin qlobal siyasətdə rolunu yüksəltdi. Ulu Öndərin balanslaşdırılmış siyasətinin bəhrələrini bu gün bütün Cənubi Qafqaz görür”-deyə səfir R.Mustafayev vurğulayıb.
Diqqətə çatdırıb ki, Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev bütün sahələrdə həyata keçirdiyi uğurlu islahat proqramları ilə Heydər Əliyevin siyasi kursunu daha da zənginləşdirib. Azərbaycan bütün sahələrdə böyük və əhəmiyyətli layihələrə imza atıb.
Sonra gənc pianoçu Etibar Əsədli Ulu Öndərin sevdiyi mahnıları ifa edib.
Mərasimdə iştirak edən Fransanın Azərbaycandakı birinci səfiri olmuş Jan Perren AZƏRTAC-a səfir olduğu dövrdə Ulu Öndər ilə görüşlərindən, xatirələrindən danışıb. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan–Fransa münasibətlərinə böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb.
“Heydər Əliyev haqqında Azərbaycana səfir təyin olunmazdan əvvəl eşitmişdim. O, təkcə Sovet İttifaqında deyil, onun hüdudlarından kənarda da böyük şəxsiyyət, dövlət xadimi kimi tanınırdı. Azərbaycana səfir təyin olunandan sonra birinci arzum onu görmək idi. Həmin illər vəziyyət çox ağır idi, güclü şaxtalar var idi. İstilik üçün heç nə yox idi. Belə çətin vəziyyətdə Naxçıvana Heydər Əliyevi görməyə getdim və bu bizim ilk görüşümüz idi. Naxçıvanda çox çətin vəziyyətdə, soyuqda işləyirdi. O, elə qətiyyətli şəxsiyyət idi ki, çətinliklərə baxmayaraq, bütün enerjisi ilə ölkəsi üçün çalışırdı.
Heydər Əliyev Bakıya gələndən sonra mən daima onun dəstəyinin şahidi oldum. Görüşüb danışırdıq, çətinliklərimdən danışanda mənə kömək etməyə çalışırdı.
Heydər Əliyev Fransa ilə münasibətlərə böyük önəm verirdi. Fransaya səfərləri zamanı Parisdə də görüşürdük. Heydər Əliyev böyük diplomat, siyasətçi və dövlət xadimi idi”, - deyə Jan Perren vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info