“Prezident seçkilərində müxalifətin şansı sıfra bərabərdir”
Tarix: 17.05.2013 | Saat: 22:51:00 | E-mail | Çapa göndər


“Partiya liderləri arasında siyasi dialoq təşkili insanları düşündürən məsələlər sırasında axırıncı yerdə dayanır”

“Müxalifətin yaratdığı “milli şura” haqqında danışmaq istəmirəm. Çünki Azərbaycanın ictimai-siyasi həyatında “milli şura” anlayışı əhəmiyyətli yer tutmur. Bu vaxta qədər müxalifətin qurmaq istədiyi bir sıra kombinasiyalar, birliklər kimi, “milli şura” ideyası da tamamilə iflasa uğrayacaq və bu, indidən görünməkdədir”.
Bunu Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə. Əhmədov bildirib ki, prezident seçkilərində müxalifətin şansları sıfra bərabərdir: “Seçki kampaniyasının fəlsəfəsi bundan ibarətdir ki, adətən insanlar bir dəfə etimad göstərmədiyi insanlara yenidən etimad göstərmirlər. Adətən dünya praktikasında seçkilərdə bir dəfə uğur qazanmayan namizəd ikinci dəfə seçkidə iştirakdan imtina edir. Bu imtinanın kökündə namizədlərin seçicilərin rəyinə hörmətlə yanaşması dayanır. Təəssüf ki, Azərbaycan müxalifətində belə ənənə və mədəniyyət formalaşmayıb. Bir neçə dəfə məğlub olmuş partiyaların nümayəndələri növbəti dəfə də vətəndaşların rəyinə məhəl qoymadan öz namizədliklərini irəli sürürlər. İnsanlar məğlubları sevmirlər. Siyasətdə də məğlublar sevilmir. Bu baxımdan ənənəvi müxalifət partiyalarının prezident seçkilərində şansı yoxdur, bir çoxlarının şansı sıfra bərabərdir. Azərbaycanda İlham Əliyevlə müqayisə olunacaq siyasətçi və yaxud namizəd yoxdur”. Əli Əhmədov bildirib ki, YAP-ın Bakı və regional strukturlarında prezident seçkilərinə geniş hazırlıq gedir: “Seçki kampaniyasının ən vacib cəhəti odur ki, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti Prezident İlham Əliyevin namizədliyini birmənalı dəstəkləyirlər. Bizim bütün müşahidələr və apardığımız təhlillər bunu göstərir”. Onun sözlərinə görə, vətəndaşlarda belə rəyin formalaşmasının ciddi əsasları var: “Son 10 ildə Azərbaycanın inkişafı bilavasitə İlham Əliyevin həyata keçirdiyi siyasətlə əlaqədardır. Bu illər ərzində insanların rifahı yaxşılaşıb, Azərbaycan dövləti daha da güclənib. Hər bir ailənin həyatında müsbət dəyişikliklər baş verib. İnsanlar gələcəyə daha inamla baxmağa başlayıblar və gələcəyin növbəti 5 ilinin İlham Əliyevlə bağlı olduğunu bu gündən dərk edirlər. Buna görə də İlham Əliyevə inanırlar. İnsanların İlham Əliyevə inamı YAP-ın seçki kampaniyasının başlıca arqumentini təşkil edir. Bu amil prezident seçkilərində İlham Əliyevin qalib gəlməsini təmin edəcək”.
YAP rəsmisi ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın seçkilər ərəfəsində ölkədə siyasi partiyalar arasında dialoqun təşkili təklifinə münasibət bildirərkən deyib ki, ATƏT ayrı-ayrı dövrlərdə, xüsusilə də seçki kampaniyaları ərəfəsində siyasi partiyalarla təmaslarını genişləndirir. Onun sözlərinə görə, YAP-la digər siyasi partiyalar arasında bu və ya başqa formada dialoq həmişə davam edir: “Amma hesab etmirəm ki, YAP və digər partiyalar yalnız ATƏT-in şərtləri daxilində dialoq qurmalıdır. Ehtiyac yarandıqca, YAP digər partiyalarla istənilən mövzu ətrafında dialoq, fikir mübadiləsi aparmaqdan kənara çəkilmir. Amma indi Azərbaycanda vətəndaşları düşündürən əsas məsələ siyasi partiyaların dialoqu deyil. Bu məsələ bəlkə də insanları düşündürən 20-30 məsələ arasında ən axırıncı yerdə dayanır. ATƏT-in bu məsələyə xüsusi həssaslıq göstərməsinin arxasında nələrin durduğunu mən demək istəmirəm. Bu təklifin əhəmiyyətini də aşağı salmaq istəmirəm. Amma qeyd etmək istəyirəm ki, YAP üçün seçki kampaniyası ərəfəsində həlledici məsələ seçicilərlə görüşməkdir”.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info