Fransalı qonaqlar Ağ Şəhərdə olublar
Tarix: 11.12.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Fransanın Ərazilərin Bərabərliyi Nazirliyinin “Davamlı şəhər” layihəsinin direktoru Erve Buaqiyomun rəhbərlik etdiyi nümayəndə heyəti “Bakı Ağ Şəhər” layihəsi ilə tanış olub.
Bakı Ağ Şəhərin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fransa Respublikasının Mənzil və Davamlı Yaşayış Nazirliyi arasında şəhərsalma və mənzil sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Ağ Şəhərin davamlılıq üzrə təcrübəsi ilə maraqlanan qonaqlara layihələndirmə prinsipləri barədə məlumat verilib. Qeyd olunub ki, “Ağ Şəhər” layihəsi ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan və landşaftından səmərəli istifadə nümunəsidir.
Qonaqlar Yaşıl Ada kvartalını gəzərək, burada salınmış “Paris evləri” ilə tanış olublar.
Görüş zamanı “Ağ Şəhər” layihəsi çərçivəsində həyata keçiriləcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
18.06.2019
“Diplomatiya Akademiyası” layihəsi çərçivəsində ilk görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info