Yalçın Topçu: “Expo-2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının göstəricisidir
Tarix: 11.12.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


“Expo 2025” sərgisinə ev sahibliyi etmək iddiası Azərbaycanın sürətli inkişafının, beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinin, beynəlxalq tədbirlərin təşkilinə dair böyük təcrübəsinin və nəhayət özünə inamın göstəricisidir.
Bu sözləri Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
O, ifadə edib ki, Türkiyə və Azərbaycan bir-birinin sevincinə və kədərinə qardaş məhəbbəti ilə yanaşan ölkələrdir. Prezident İlham Əliyev Polşada Ermənistan dövlət başçısına “Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”, Prezident Rəcəb Tayyib Ərdoğanın da bəyan etdiyi “İşğalçı qüvvələr Dağlıq Qarabağdan çəkilməyənə qədər təcavüzkar Ermənistanla sərhədlər açılmayacaq” ifadələri nəsillərə örnəkdir.
“Azərbaycan son illər sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. “Expo-2025” sərgisinə ev sahibliyi etmək üçün həm böyük potensial, həm də geniş təcrübə mövcuddur. Hesab edirəm ki, Azərbaycanın Antalyadakı “Expo-2015” və Astanadakı “Expo-2017” sərgilərində uğurla təmsil olunması təşkilatçı tərəf üçün cəlbedici olacaq. Türkiyə bu məsələdə də bütün imkanlardan istifadə etməklə Azərbaycanın yanındadır”,- deyə Prezidentin baş müşaviri vurğulayıb.

Niga
r




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info