“Həyat Fondu” 300-ə yaxın xəstənin sağlamlığa qovuşması üçün yardımçı olub
Tarix: 11.12.2017 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Yardıma ehtiyacı olan insanlara daha sürətli və təcili şəkildə kömək imkanları yaradan “Həyat Fondu” indiyə qədər müxtəlif xəstəliklərdən əziyyət çəkən 300 nəfərin sağalmasına yardım göstərib.
Fonddan verilən xəbərə görə, onların arasında ürək çatışmazlığından əziyyət çəkən və xeyirxahların köməkliyi ilə əməliyyat olunan 5 yaşlı Fatimə Qulamzadə, 9 yaşlı Aydan Əliyeva, 11 yaşlı Nigar Oruclu, 26 yaşlı Orxan Bayramov, görmə zəifliyindən əməliyyat olunan 56 yaşlı Teyyubə Mirzəquliyeva, qaraciyər və qan-damar problemi olan 5 yaşlı Züleyxa Balakişiyeva, skoliozdan əziyyət çəkən və əməliyyat olunan 26 yaşlı Aydan Qafarova, əməliyyatla hidroselafiyadan qurtulan 4 yaşlı Murad Qafarzadə, bud-çanaq oynağı displaziyasından əziyyət çəkən 7 yaşlı Məhəmməd Əsgərov, böyrək çatışmazlığından xilas olan 19 yaşlı Ülkər Azayeva, 27 yaşlı Ramilə Zeynalova və 39 yaşlı Məmməd Zeynalov, xərçəngdən əməliyyat olunan 35 yaşlı Mikayıl Mustafayev, beyin şişindən müalicə olunan Mehparə Xəlilova və başqaları, o cümlədən tanınmış mədəniyyət və incəsənət adamları da var.
Hazırda onlarla xəstə “Həyat Fondu”nun təşəbbüsü və xeyirxah insanın köməyi ilə müalicə olunur. Bundan başqa, “Həyat Fondu” digər ölkələrdən dəvət olunan tanınmış həkimlərin iştirakı ilə təmənnasız müayinə aksiyaları da keçirir.
Hər bir kəs bu nəcib və xeyirxah işdə yardımçı ola bilər. “999” qısa nömrəsinə göndərilən 1 SMS, edilən 1 zənglə neçə-neçə xəstənin qəlbində ümid çırağı yandırmaq, onların həyatını dəyişmək mümkündür. Necə deyərlər, “Yardım et, həyat ver!”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info