Salyan və Neftçalada 14 ev Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib
Tarix: 11.12.2017 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Salyan və Neftçala rayonlarında inşa edilmiş 14 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşlar sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, o cümlədən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq hisslərini ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Evlərin istifadəyə verilməsi tədbirlərində ölkəmizdə ildən-ilə güclənən sosial siyasət kursunun Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin daim yüksələn xətlə davam etməsinə şərait yaratdığı vurğulanıb. Qeyd olunub ki, respublikamızda icra olunan mühüm sosial proqramlardan biri də bu təbəqələrdən olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlib. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ölkəmizin bölgələrində yaşayış evlərinin tikintisi, habelə şəhər yerlərində yeni inşa olunmuş binalardan mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir.
Sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan və Neftçala rayonlarında da 41 ədəd fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Qarşıdakı dövrdə respublikamızın digər bölgələrində olduğu kimi, bu iki rayonda da müvafiq təbəqələrdən olan insanların yeni mənzillərlə təminatı işləri davam etdiriləcəkdir.
Çıxışlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi işlərindən də bəhs edilib. Onların pensiya və ya aylıq sosial müavinətlərlə bərabər, Azərbaycan Prezidentinin aylıq təqaüdləri, həmçinin uşaqlarının aylıq sosial müavinətlə təmin edildikləri bildirilib, Qarabağ müharibəsi əlillərinin müasir tələblər səviyyəsində səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunmaları üçün görülən işlər diqqətə çatdırılıb.
Daha sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər. İstifadəyə verilən evlərin hər birində müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərdən 9 ədədi Qarabağ müharibəsi əlillərinin, 5 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info