Azərbaycanda kosmonavtikanın inkişafı geniş vüsət alıb
Tarix: 11.12.2017 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Ölkəmizdə səfərdə olan NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü və donanma kapitanı Haydemari Payper ilə dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə H.Payperi AMEA-da görməkdən məmnunluğunu bildirən akademiyanın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə dövlət tərəfindən kosmonavtikanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, ölkəmizdə bu sahənin inkişafı geniş vüsət alıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Haydi Smit əməkdaşlıq əlaqələrinin sürətlə genişlənməsindən bəhs edib. Vurğulanıb ki, H.Payperin Azərbaycana səfəri bu münasibətlərin yaxşı səviyyədə olmasının parlaq nümunəsidir.
H.Payperin 33 saat 42 dəqiqə açıq kosmosda olduğunu deyən AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov amerikalı kosmonavtla görüşün gənclərimizin bu sahəyə maraqlarının artması baxımından əhəmiyyətini qeyd edib.
“Azərkosmos” ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev bu qurumun hazırkı fəaliyyəti, təqdim etdiyi peyk xidmətləri və perspektiv planları barədə məlumat verib.
Fəaliyyətinə dair təqdimatla çıxış edən H.Payper fəzanın öyrənilməsi istiqamətində aparılan tədqiqatlardan danışıb.
Sonda qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info