“Armenianreport.com”: “Ermənistanın büdcəsində pul yoxdur”
Tarix: 11.12.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Yoxsul ermənilər maaş və yardımların artacağına ümid etmirlər”

Yunanlarda məsəl var, deyərlər: «Acmayan insan, çörəyin nə olduğunu bilməz». Bir vaxtlar naşı rəhbərlərin çağırışı ilə küçələrə tökülən ermənilər indi artıq keçənlərin acısını dadmaqdadırlar. Ermənilərin «Armenianreport.com» saytında yer alan yazı da bu qəbildəndir. Yazıda deyilir: «Ermənistanın yoxsul əhalisi artıq miskin maaşların və ya yardımların artırılacağını gözləmək ümidində deyillər.
Artıq Yeni ilə sayılı günlər qalıb. Ermənilərin orta və yaşlı nəsil nümayəndələri ehtimal ki, SSRİ dövründə bu bayramın necə qarşılandığını xatırlamamış olmazlar. İnsanlar köhnə ilə vida edib, bütün çətinliklərin artıq köhnə ildə qaldığını, gələn yeni ilin köhnə ildən daha da yaxşı olmasını arzulayırdılar. Budur, artıq bütün bunlar arxada qalıb. Sovetlər İttifaqı bir əsrin dörddə birindən artıqdır ki, mövcud deyil. Ermənistan da artıq suveren bir dövlətdir, buna baxmayaraq, bir çoxumuzda hələ də gələn ilin gedən ildən daha yaxşı olacağını gözləməyə köhnə bir vərdiş qalmaqdadır. Amma təəssüf ki, bu gün Ermənistanda hakimiyyətdə olanlar bizə belə bir fürsəti vermirlər.

Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, Ermənistan əhalisinin 29,4 faizi yoxsuldur. Bu, adi məsələ deyil, söhbət 900 min nəfərdən gedir.

Baxın, bu da sübut. Məsələn, bu ilin 7 dekabrında Ermənistan parlamenti 2018-ci il üçün dövlət büdcəsini qəbul etdi. Hökumət tərəfindən təklif olunan büdcə layihəsinə əsasən, 2018-ci ildə gəlirlərin ümumi həcmi 1 trilyon 308 milyard 285 milyon dram, o cümlədən vergi gəlirləri və dövlət rüsumları 1 trilyon 248 milyard 500 milyon dram təşkil edəcək. Xərclər 1 trilyon. 465 milyard 200 milyon drama çatacaq, əksikliklər (defisit) isə dəyişməyərək - 156,9 milyard miqdarında qalacaq. Ermənistanın hakim Respublikaçı partiyası tərəfindən irəli sürülən büdcə layihəsi Daşnaksütyun koalisiyası tərəfindən dəstəklənsə də, "Çarukyan" və "Çıxış" blokları büdcə layihəsinin əleyhinə çıxdılar.
Ən kədərlisi isə qəbul edilmiş yeni büdcə layihəsində maaş, pensiya və müavinətlirin artırılacağı barədə heç bir müddəanın olmamasıdır.Amma Ermənistanda çoxları hakim Respublikaçı partiyasının seçki kampaniyasında xalqa verdiyi vədləri xatırlamış olar.
Bu gün Milli Statistika Xidmətinin rəsmi məlumatlarına görə, Ermənistan əhalisinin 29,4 faizi yoxsuldur. Bu, adi məsələ deyil, söhbət 900 min nəfərdən gedir. Milli Statistika Xidməti özü də, əhalinin yoxsulluq faizini ölkədə daimi yaşayanlar arsında keçirilən sorğuya əsasən müəyyən etdiklərini etiraf edir. Ermənistanın əyalətlərində, məsələn, Şirak bölgəsində 45,5 faiz, Lori bölgəsində 35,8 faiz, Kotaykda isə 35,4 faiz əhali yoxsulluq məngənəsindədir. Ölkənin ən "zəngin" bölgəsi –Araqasotnda isə 15,7 faiz əhali yoxsulluqla üz-üzədir. İndi əhalinin 29,4 (?) faizi qədər təqdim edilən yoxsulları qarşıdakı yeni ildə daha bir çətin həyat gözləyir. Ona görə ki, dövlətin büdcəsində pul yoxdur.
Bildiyimiz kimi, Ermənistan əhalisi dövlət yardımından çox asılıdır. Adi işçilər, təqaüdçülər, əlillər dövlətin bunlara verdiyi pullar hesabına yaşayırlar. Ölkədə dramın sürətlə qiymətdən düşməsi, istehlak mallarının qiymətlərinin artması müqabilində verilən maaş və pensiyalar heç bir şey üçün kifayət etmir. 2018-ci il üçün qəbul edilən büdcə bir daha hakimiyyətin öz xalqına dəyər vermədiyini bir daha ortaya qoyur. Hakimiyyətdəkilər üçün xalqın acından ölməsi heç bir önəm kəsb etmir. Onları bahalı kommunal xidmətləri ödəyə bilməyənlərin qışı soyuq evlərdə keçirmələri də narahat etmir. Belə olan halda, əhali Ermənistandan köçüb gedə bilər. Ölkədə əhalinin az olması isə narazılığın da az olması deməkdir.
Bütün bunlar Sarkisyan, Karapetyan və onların ətrafındakı cinayətkar oliqraxlar tərəfindən erməni xalqı üçün hazırlanan Yeni il sürprizləridir. Çünki bu dövlət yoxsulların deyil, Ermənistandakı səlahiyyətli və oliqarxların dövlətidir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info