Belarusun nümayəndə heyəti Qəbələyə səfər edib
Tarix: 11.12.2017 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Belarusun Qrodno şəhərinin meri Meçislav Qoyun rəhbərlik etdiyi nümayəndə heyəti Qəbələ rayonuna ikigünlük səfər edib. Səfər 2016-cı il noyabrın 28-də imzalanan “Regionlararası əlaqələrin qurulması haqqında" sazişə əsasən həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti rayonun bir sıra tarixi və mədəniyyət abidələri, aqrar sektoru, sənaye müəssisələri, turizm və idman kompleksləri ilə tanış olub, Qəbələ Mədəniyyət Mərkəzində muğam üçlüyünün ifasında milli musiqimizin nümunələrini dinləyiblər.
Nümayəndə heyəti “Gilan” qida şəhərciyindəki sənaye obyektlərində istehsal prosesinə baxıb, hazır məhsulların qablaşdırılması mərhələsini izləyiblər. Daha sonra Qəbələ Regional “ASAN xidmət” Mərkəzinə gələn belaruslu qonaqlar mərkəzin əməkdaşlarının, eləcə də könüllülərin fəaliyyətini yaxından izləyib, “ASAN ödəniş” terminallarının iş prinsipi ilə maraqlanıblar.
Rayon icra hakimiyyətinin inzibati binası və Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq da nümayəndə heyətində xoş təəssürat yaradıb.
Sonra Qəbələ və Qrodno şəhərləri rəhbərlərinin görüşü olub. Görüş zamanı Səbuhi Abdullayev bu ilin sentyabrında Qrodno şəhərində “Evroregion “Neman-2017” universal sərgi yarmarkasında və şəhərin 889-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirakı zamanı başçılıq etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Qrodno şəhərinin meri Meçislav Qoya bir daha minnətdarlığını bildirib.
Səbuhi Abdullayev ölkəmizə aid stenddə nümayiş etdirilən “Gilan” şirkətinə və “ASPİ-AQRO” MMC-yə məxsus müxtəlif çeşidli şirələrin, şərabların, kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının sərgidəki ən gözəl stendlərdən biri kimi Qrodno vilayətinin qubernatoru Vladimir Kravtsov tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
O, Belarus təmsilçilərini rayonun tarixi, bu günü, iqtisadiyyatı, sosial və mədəni həyatı barədə ətraflı məlumatlandıraraq, onlara Qəbələnin təbiəti qədər zəngin olan keçmişinin Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil etdiyini deyib. 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qalıqları, möhtəşəm qala divarları və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə qonaqlara geniş məlumat verən S.Abdullayev rayonun cəlbedici turizm bölgəsi olması ilə yanaşı, həm də beynəlxalq görüşlərə, forumlara, mədəniyyət, incəsənət festivallarına, rəsm sərgilərinə və idman yarışlarına ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Qrodno şəhərinin meri Meçislav Qoy da öz növbəsində, başçılıq etdiyi nümayəndə heyətinin Qəbələyə səfərindən məmnunluğunu bildirib. O, Qrodno və Qəbələ arasında mövcud olan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Mədəniyyət və turizm sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsindən söz açan Meçislav Qoy, bunun Qrodno və Qəbələ şəhərləri arasında iqtisadi əməkdaşlığın və turizmin inkişafına təkan verəcəyini qeyd edib.
Belarusun dövlət təmsilçilərindən və işgüzar dairələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti səfərin ikinci günündə rayonda fəaliyyət göstərən digər sənaye, kənd təsərrüfatı, emal müəssisələri, turizm infrastrukturu və bölgənin tarixi yerləri ilə, o cümlədən heyvandarlıq kompleksləri, "Savalan" Şərab Zavodu, Stend Atıcılığı Mərkəzi, "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və "Cotari" Udi-Alban məbədi ilə yaxından tanış olublar.
Nümayəndə heyəti Qəbələdən xoş təəssüratlarla ayrılıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info