“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması”
Tarix: 11.12.2017 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda son illərdə aparılan uğurlu islahat prosesinin ən əsas komponentlərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Əldə olunan müsbət nəticələrə baxmayaraq, ölkəmizdə iş tapmağa çətinlik çəkən gənclərin sayı da az deyil. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzinin apardığı araşdırmalara görə, gənclər bir çox hallarda öz resurslarına və əmək bazarının ehtiyac meyarlarına uyğun deyil, dəbə və valideyn tövsiyəsinə görə özlərinə peşə və ixtisas seçirlər ki, bu da onların gələcəkdə işsiz qalması ilə nəticələnə bilir. Gənclərin əmək bazarından məlumatsız olmaları, düzgün peşələrə yiyələnməmələri onların iş tapmalarına tutarlı əngəl yaradır.
Bu səbəbdən Mərkəz gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin olunmasına ictimai dəstək məqsədilə, “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.
Layihə çərçivəsində ümumilikdə 320 yeniyetmə və gənc üçün xüsusi təlim kursları təşkil edilib. Təlimlərdə “Özünü kəşf et”,“Fərdi İnkişaf”, “Hədəf müəyyənləşdirmək”, “Peşələri tanıma”, “Peşə seçiminə təsir edən amillər”, “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”,“CV necə yazılmalı”, “Müsahibə zamanı nə etməli”, “Məşğulluqla bağlı milli qanunvericilik bazası” və sair bu kimi mövzular müzakirə edilib.
Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi bu istiqamətdə işlərini davam etdirir, gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli istiqamətdə bir sıra bu kimi layihələr icra etməkdədir.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info