Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır
Tarix: 11.12.2017 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Putin Suriyada bəyan etdi: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik"
Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib. Bu barədə Suriyaya səfər edən V. Putin Hmeymim hərbi bazasında hərbçilər qarşısında çıxışında bəyan edib. "Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsini əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib. Putin Rusiya hərbçilərinin Suriyadan vətənə qələbə ilə döndüyünü vurğulayıb: "Bundan sonra terrorçular Suriyada başlarını qaldırsalar, onlara yenidən zərbələr endirəcəyik". Qeyd edək ki, Rusiya Hava Kosmik Qüvvələri 2015-ci ilin sentyabrın 30-dan Suriyada terrorçulara qarşı əməliyyatlarda iştirak edir. 2016-cı ilin martında Rusiya prezidenti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiklərinə görə Hava Kosmik Qüvvələrinin böyük hissəsinin çıxarılması haqqında qərar verib. Bununla belə, Rusiya Suriya hakimiyyətinə silahlı və hərbi texniki yardım göstərməyi dayandırmayıb. Suriyada Rusiyanın Hmeymim aviabazası, Tartus limanında Hərbi Dəniz Donanmasının maddi-texniki təminat məntəqəsi fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info