Ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin sayında artım var
Tarix: 17.05.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Ölümə səbəb olan xəstəliklər arasında birinci yerdə ürək-damar
xəstəlikləri, ikinci yerdə isə onkoloji xəstəliklər gəlir


“Gülüstan” sarayında Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunan “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi işə başladı. Konqres iştirakçıları öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad etdilər.
Tədbirdə çıxış edən Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev Prezident İlham Əliyevin “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresin iştirakçılarına ünvanlanan müraciəti oxudu. Prezidentin müraciətində deyilir: “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresin iştirakçılarını Bakı şəhərində salamlayıram. Əminəm ki, kardiologiya və ürək-damar cərrahiyyəsinin aktual problemlərinin müzakirəsi ölkəmizdə təbabətin inkişafına öz töhfəsini verəcək. Bu beynəlxalq konqres artıq ənənəvi şəkil alıb. Builki konqresin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması dərin rəmzi məna daşıyır. Heydər Əliyev ölkəmizin səhiyyə sisteminin daim təkmilləşməsi və ən yeni standartlara uyğun qurulması sahəsində müstəsna xidmətlər göstərib. Bu istiqamətdə aparılmış işlərin davamı olaraq respublikamızda səhiyyənin inkişafı bu gün də dövlətimizin sosial yönümlü siyasətinin prioritet istiqamətlərindəndir”. Müraciətdə həmçinin bildirilir ki, hazırda Azərbaycanın müxtəlif regionlarında müasir diaqnostika mərkəzləri və müxtəlif şəfa ocaqları istifadəyə verilib, mövcud klinikalar əsaslı təmir olunaraq qabaqcıl texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təchiz edilib: “Gerçəkləşdirilən proqramlarda ürək-damar xəstəliklərinin müalicəsi və bu sahədə yüksək ixtisaslı gənc kadrların hazırlığı xüsusi yer tutur. Üvidvaram ki, böyük elmi və elmi-praktiki əhəmiyyətə malik bu konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək və ümumilikdə, tibb elminin inkişafına xidmət edəcək”.
Sonra isə tədbir barədə məlumat verən Kamran Musayev qeyd etdi ki, 40-a yaxın ölkənin kardioloq və kardiocərrahların iştirak etdiyi konqresin əsas məqsədi ölkədə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. K.Musayev bildirdi ki, ürək-damar xəstəlikləri bu gün, təəssüf ki, dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir: “Bu cür konqreslərin də ən böyük faydası odur ki, bu cür xəstəliklərin müalicəsində ölkələri daha da irəliyə aparır. Bu xəstləklərin müalicəsində yeni-yeni nailiyyətlər əldə olunur. Dünyada əldə olunan yeni nailiyyətləri də xarici qonaqlar vasitəsilə əldə edirik, müzakirə edirik, sonra da praktikamızda tətbiq edirik. Ürək xəstəliklərində yaşlılarda qadınlarla kişilər arasında belə bir fərq yoxdur. Ancaq gənclərdə kişilər arasında daha çox müşahidə edilir. DST məlumatına görə, ölümə səbəb olan xəstəliklər arasında birinci yerdə ürək-damar xəstəlikləri, ikinci yerdə isə onkoloji xəstəliklər gəlir. Ancaq onların rəqəmlərinə baxarkən ikiqata yaxın fərq var. Bu da həmin xəstəliklərin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu xəstəliklərin hamısı genetik əsası olan xəstəliklərdir, irsiyyət ən vacib faktorlardan biridir. Ölkə baçısının da qeyd etdiyi kimi, dövlətimizin apardığı səhiyyə siyasətinin ən böyük istiqamətlərindən biri məhz gənc mütəxəssislərin yetişdirilməsidir. Bu gün açılan yeni mərkəzlərin bir çoxunda məhz müstəqil Azərbaycan dövlətinin qurulduğu gündən etibarən yetişdirdiyi gənc mütəxəssislər çalışır. Elə hesab edirəm ki, bu mərkəzlərimizin sayına paralel olaraq mütəxəssislərimizin sayı da artır. 10-15 il bundan əvvəlki dövrlə müqayisə etdikdə bu gün ölkədə ürək-damar xəstəlikləri ilə məşğul olan mütəxəssislərin sayında ciddi artım var”. O da vurğulandı ki, gənc mütəxəssislərin yetişməsi, təhsili üçün ilk dəfə olaraq konqres çərçivəsində heyvan ürəkləri üzərində praktiki məşğələ aparılacaq. Xarici ölkələrdən gəlmiş iki professor gənc mütəxəssislərimizə ürək üzərində əməliyyatlar aparmaq, ürəyin anatomiyası barəsində məlumat verəcək.
Orqan bağışı ilə bağlı vəziyyətə gəldikdə isə K.Musayev bildirdi ki, bu, sadəcə tibbi deyil, eyni zamanda sosial bir problemdir: “Burada da KİV üzərinə böyük iş düşür ki, insanların orqanlarını bağışlaması üçün tibbi maarifləndirməni artırmalıyıq. İnsanlar başqa insanların yaşaması üçün öz orqanlarını bağışlasınlar. Millət vəkili Q. Paşayevanın orqan bağışından sonra ölkədə orqan bağışlamaq istəyən insanların sayında ciddi artım olub. Bu yolu keçmiş ölkələrin əksəriyyətində də belədir ki, cəmiyyətin öndə gedən, tanınmış insanları, elm, mədəniyyət, incəsənət nümayəndələri bu işdə də öndə olmalıdır ki, cəmiyyətin digər nümayəndələri də baxıb onlardan nümunə götürsünlər”.
M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev bildirdi ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ürək xəstəliklərinin sayı artmaqdadır. Onun sözlərinə görə, ölkədə səhiyyənin inkişafı, kardioloji xəstələrin müalicəsinin təşkili və digər məsələlər hər zaman dövlətin diqqətindədir: “İnanıram ki, bu konqresdə aparılacaq müzakirələr sonradan kardiologiyanın inkişafına töhfələr verəcək”.
Millət vəkili İlham Məmmədov isə bildirdi ki, Mili Məclisə səhiyyədən daxil olan təkliflər ayrı-ayrı proqramlar üzrə həyata keçirilir: “Məsələn, uşaqlar üzərində açıq ürək qüsurlarını müalicəsi ilə bağlı Milli Məclisdə qaldırılan təklif Dövlət Proqramında öz əksini tapdı. Orqan transplantasiyaları, şəkərli diabet, homodializ üzrə dövlət proqramları şəklində qaldırılan təkliflər insanların səhiyyəyə əlçatan olmasını yaxşılaşdırmaq üçün qəbul olunur. Ürək transplantasiyası özü səhiyyənin çox önəmli məsələlərindən biridir və yüksək texniki bir xidmətdir. Bu gün Azərbaycanın iqtisadi gücü də buna imkan verir. Müasir xəstəxanalarımız var, açıq qəlb üzərində əməliyyatlar, qaraciyər transplantasiyaları olunur. Ürək transplantasiyasının özü isə Milli Məclisə təklif daxil olarsa, müsbət həllini tapacaq”.
Tədbirdə Rusiyadan olan kardioloq Renat Akçurin, Barselona Universitetinin professoru Karlos Mestres, Türk Ürək Damar Cərrahiyyəsi Dərnəyinin rəhbəri Ali Gürbüz çıxış edərək bu konqresin işgüzar münasibətlərin qurulmasında mühün addım olduğunu bildirdilər.
Qeyd edək ki, “Bakı Ürək Günləri” 3-ci Beynəlxalq Konqresi mayın 19-dək davam edəcək. AÜDCC 9-11 may 2009-cu il tarixdə 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə “Bakı Ürək Günləri” 1-ci Beynəlxalq Konqresini, 13-15 may 2011-ci il tarixdə isə 26 xarici ölkə nümayəndəsinin iştirakı ilə “Bakı Ürək Günləri” 2-ci Beynəlxalq Konqresi həyata keçirib.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info