Bugünkü hərracda 17 dövlət əmlakı özəlləşdirilib
Tarix: 12.12.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi bu gün keçirilən növbəti hərracda ümumilikdə 17 əmlak olmaqla 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın müxtəlif rayonlarında, 1-i isə Sumqayıtda yerləşir. Bakı şəhərinin müxtəlif rayonları üzrə 12-si, Sumqayıt şəhəri üzrə isə 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilərək sahibini tapıb.

Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Nizami rayonunda yerləşən "Mebellərin təmiri emalatxanası" olub. Ümumi faydalı sahəsi 322.3 kv.m olan əmlak 90 min manata özəlləşdirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan Sumqayıt şəhərində yerləşən "8 saylı pitixana" 6 min 500 manata özəlləşdirilib. Kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 190.4 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 226 kv.m-dir.

Hərracın gedişatı zamanı paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi rəqabətli hərrac nəticəsində özəlləşdirilib. Belə ki, ilkin satış qiyməti 5 min 500 manat olan əmlak 11 min 700 manata özəlləşdirilərək sahibini tapıb. Rəqabətli şəkildə özəlləşdirilən digər obyekt də paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Qeyd olunan əmlak son olaraq 12 min 700 manata özəlləşdirilib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info