“Məzun 2013” ümumrespublika yarmarkası
Tarix: 18.05.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş VIII “Məzun 2013” ümumrespublika yarmarkası keçirilir.
Yarmarkanın açılışında çıxış edən ADİU-nun rektoru Şəmsəddin Hacıyev bildirdi ki, yarmarkada Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi də iştirak edir. Ümumilikdə “Məzun 2013” yarmarkasına 111 nazirlik, komitə, bank və şirkət qatılıb. Yarmarkada 7 ölkənin (Azərbaycan, Almaniya, Yaponiya, Cənubi Koreya, Türkiyə, Rusiya, Gürcüstan) 52 təhsil müəssisəsinin 2000-dən artıq məzunu rəsmi qeydiyyatdan keçib. Təqdim olunan vakansiyaların sayı 1100-dən çoxdur. Bunların 800-ü daimi iş yerləri, 300-ü isə müvəqqəti iş yerləridir. Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən yarmarka nəticəsində 1000-ə yaxın gəncin işlə təmin olunması nəzərdə tutulur. Rektor bildirdi ki, Azərbaycan son 10 il ərzində sürətli inkişafa nail olub, bölgənin siyasi, iqtisadi, maliyyə, təhsil və elm mərkəzinə çevrilib. Azərbaycan MDB ölkələri arasında ilk dəfə olaraq keçid dövrünü arxada qoyub: "Bu yarmarka Prezidentin sosial proqramlarıın icrası istiqamətində atdığı ən mühüm addımlardan biridir. Son 8 ildə yarmarkada iştirak edən 12 minə yaxın məzun işlə təmin olunub”. Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə bildirdi ki, son illər ölkədə insanların həyat şəraiti yaxşılaşıb: “Əmək yarmarkaları həm də əmək bazarında yeni əmək mədəniyyətinin formalaşmasının nəticəsidir. Bu, ondan xəbər verir ki, ölkədə yeni iş yerlərinin yaranması ilə bağlı siyasət uğurla həyata keçir”.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info