“Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bir vaxtlar Sovet İttifaqı üçün çox böyük şəxsiyyət olub”
Tarix: 12.12.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bir vaxtlar Sovet İttifaqı adlanan irimiqyaslı geosiyasi məkanı üçün çox böyük şəxsiyyət olub.
Bunu Trend-ə rusiyalı politoloq, qafqazşünas Oleq Kuznetsov deyib.
O deyib: “Bir Rusiya vətəndaşı olaraq mənim üçün Heydər Əliyev yaddaşımda uşaqlıq və gənclik illərimdə ölkəni idarə edən şəxslərdən biri kimi qalacaq. O, bir dövlət adamı kimi Azərbaycan çərçivələrindən kənara çıxsa da, sözsüz ki, Azərbaycan üçün bir nömrəli tarixi şəxsiyyətdir”.
Azərbaycanın böyük liderinin tarixi xidmətlərindən danışan politoloq vurğulayıb ki, Heydər Əliyevin fəaliyyətini ölümsüz hesab etmək olar və bu cür şəxsiyyətlər tarix tərəfindən unudulmur: “Tarix ciddi elmdir və onun qanunlarına uyğun olaraq, bir neçə nəsildən sonra tarixdə yalnız ölkənin və xalqın taleyini müəyyən edən şəxsiyyətlər qalır. Heydər Əliyev məhz bu cür rəhbərlərə aiddir, onun şəxsiyyəti və xidmətləri haqqında ölümündən əlli, yüz il sonra da xatırlayacaqlar”.
O həmçinin qeyd edib ki, Heydər Əliyev müasir Azərbaycanın, bu gün Azərbaycanda mövcud olan dövlətçilik modelinin və siyasi rejimin qurucusudur.
Politoloq vurğulayıb ki, Heydər Əliyev xalqın ümummilli lideri adını öz həyatı ilə qazanıb: “Əgər kənardan baxsaq görərik ki, müasir Azərbaycan dünyəvi və demokratik dövlətdir, bunun nümunələrini müsəlman ölkələrində nadir hallarda görmək olar. Ölkə inkişaf edən iqtisadiyyata və demokratik siyasi rejimə malikdir, bunu da postsovet ölkələrində nadir hallarda görmək olar”.
Politoloq qeyd edib ki, SSRİ-dən sonra Azərbaycan vətəndaşları hər sahədə layiqli həyat sürüblər və buna görə də onlar məhz bu cür dövlətçiliyin siyasi əsasını qoymuş Heydər Əliyevə minnətdar olmalıdırlar.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info