İzmit Bələdiyyəsinin nümayəndə heyəti Bakıda görüşlər keçirib
Tarix: 12.12.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit Bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlayıb, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib.  Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açıb.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən nümayəndə heyətinin rəhbəri,  Türkiyə Azərbaycan  Dərnəkləri Federasiyasının başçısı və Heydər Əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar Azərbaycanın inkişafından qürur duyduğunu bildirib. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin davam etdirilməsinin  vacibliyindən danışıb. Eyni zamanda qeyd edib ki, Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən ümummilli lider  Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirakları nümayəndə heyətinin hər bir üzvünün ürəyincə olub.
Natiq çıxışına davam edərək  ulu öndər Heydər Əliyevin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qurulmasındakı əvəzsiz xidmətlərini xüsusi qeyd edib.
Sonra nümayəndə heyətinin üzvü, “Hüriyyət” Xəbərlər agentliyinin keçmiş təmsilçisi Mustafa  Bağdıken 1999-cu ilin 17 avqustunda  baş vermiş  zəlzələnin faciələrindən danışıb. Baş vermiş fəlakətin aradan qaldırılması üçün ilk köməyə gələn dövlətin Azərbaycan olduğunu bildirib. 1 noyabr 1999-cu ildə ümumilli lider Heydər Əliyevin Türkiyə Respublikasının  Prezidenti  Süleyman Dəmirəl ilə birgə Kocaelidə olmasını bildirərək, həmin görüşdəki xatirələrindən söhbət açıb. Bildirib ki, dekabrın 11-də ümumilli liderin anım gününə həsr olunmuş tədbirdəki sərgidə  nümayiş olunan fotoları  məhz həmin görüşlərdə çəkib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Daha sonra İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon bələdiyyə üzvləri ilə də görüşüblər.
Türkiyənin İzmit bələdiyyəsinin  nümayəndə heyətinin səfəri 14 dekabr 2017-ci il tarixədək davam edəcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info