ƏƏSMN-in kollektivi ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib
Tarix: 12.12.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


Bu gün görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümüdür. Bütün respublika ictimaiyyəti və dünya azərbaycanlıları Ulu öndərimizin işıqlı xatirəsini ehtiramla yad edir, ölkəmizin hərtərəfli və uzunmüddətli inkişafı, xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi tərəqqisi üçün göstərmiş olduğu misilsiz tarixi xidmətləri sonsuz minnətdarlıq hissi ilə xatırlayır. 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi də Fəxri Xiyabana gələrək Ulu öndərin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb. 
1970-80-ci illərdə Azərbaycanı keçmiş ittifaq məkanında inkişaf edən respublikalar sırasına çıxaran, elə həmin dövrdə ölkəmizin gələcək müstəqilliyi üçün hərtərəfli potensialın yaradılmasını uğurla təmin edən Ulu öndərimiz 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra da müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi kimi şərəfli tarixi vəzifəni yüksək səviyyədə həyata keçirib. 1993-2003-cü illərdə respublikamızda bütün sahələrdə olduğu kimi, sosial sahədə də inkişaf prosesləri dinamik xarakter alıb, iqtisadi inkişaf strategiyasının sosial ədalət prinsipi üzərində formalaşması, etibarlı sosial müdafiə sisteminin qurulması, mühüm sosial proqramlara başlanılması təmin olunub. 
Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasi kursunun 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində respublikamız möhtəşəm tarixi nailiyyətlər əldə edib. Ötən dövrdə iqtisadi qüdrəti daim artan, dünya birliyində mövqeyi güclənən, regionun güc mərkəzi olan Azərbaycan eyni zamanda sosial dövlət statusuna malik ölkə kimi əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, bu sistemin müasir innovasiyalar üzərində təkmilləşdirilməsi istiqamətində böyük irəliləyişlərə nail olub. 
Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası ölkəmizin gələcəkdə də yeni və möhtəşəm tarixi uğurlara sahib olmasına imkan verəcəkdir. 
Ümummilli liderimiz Heydər Əliyevin əziz və işıqlı xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info