ADU-da ümummilli lider Heydər Əliyev anılıb
Tarix: 12.12.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev ümummilli lider Heydər Əliyevin anım gününü xalqımızın həyatında kədərli bir gün kimi xarakterizə edib. O, bildirib ki, ulu öndərin müstəqil Azərbaycanın yaranmasında və dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətləri var. Ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yeni bir siyasətin başladığını qeyd edən professor vurğulayıb ki, Azərbaycan Dillər Universiteti də onun yaratdığı ali təhsil müəssisələrindən biridir. Ə.Abdullayev əlavə edib ki, gənclərin xaricdə təhsil alması, bu istiqamətdə dövlət proqramının həyata keçirilməsi ulu öndərin təhsildə geniş perspektivlərə imkan yaradan uzaqgörən siyasətinin nəticəsidir.
Tədbirə qonaq qismində qatılan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi Vüsal Quliyev ulu ondərin sovet dövrü və müstəqillik illərindəki siyasi fəaliyyətindən bəhs edib. Onun sözlərinə görə, ulu öndər sovet hakimiyyət orqanlarında çalışdığı zaman mərkəz tərəfindən Azərbaycana xüsusi önəm verilib, müxtəlif əhəmiyyətə malik obyektlər məhz ölkəmizin ərazisində salınıb, konstitusiyada Azərbaycan dili dövlət dili elan olunub.  V.Quliyev həmçinin ulu öndərin ictimai-siyasi, iqtisadi, təhsil və mədəniyyət, səhiyyə, ordu quruculuğu və digər sahələrdəki xidmətlərindən söz açıb.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info