Aqil Abbas: “Ulu Öndər xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi”
Tarix: 12.12.2017 | Saat: 21:35:00 | E-mail | Çapa göndər


Tanrı ulu öndər Heydər Əliyevin üzərinə elə bir missiya qoymuşdu ki, o, bu missiyanı çox ləyaqətlə yerinə yetirdi. Adətən millətlər, xalqlar çətin vəziyyətə düşəndə onları xilas eləmək üçün Tanrı tərəfindən elçi göndərilir. Heydər Əliyev də belə seçilmiş şəxsiyyətlərdən idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderimizin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gəlmiş Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas deyib.
“Ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişafında, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərib. Heydər Əliyev – bu möhtəşəm və əzəmətli şəxsiyyət ən böyük azərbaycanlı olaraq yalnız dövlət idarəçiliyini, ordumuzun, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin, şəhər və kəndlərimizin, sənayemizin deyil, bütövlükdə yeni və müasir dövlətimizin qurucusu və həm də əhalinin təhlükəsiz yaşamasının etibarlı təminatçısı kimi tariximizdə əbədiyaşarlıq qazanıb”.
A.Abbas əlavə edib ki, Ulu Öndər elə böyük dövlət və siyasi xadimlərdən idi ki, dövlətçiliyin siyasi-ideoloji əsaslarını yaratmaqla, həm də müasir, müstəqil Azərbaycanımızın bugünkü inkişafı üçün zəmin yaratdı. Əlbəttə ki, günü-gündən çiçəklənən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da irəliyə gedəcək, Ümummilli Liderimizin ideyaları hər zaman yaşayacaq. Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün ilboyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər. Allah rəhmət eləsin.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info