Almaniya pilotsuz təyyarə istehsalını dayandırdı
Tarix: 18.05.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Almaniya hökuməti "Euro hawk" pilotsuz təyyarələrin istehsalı üzrə dövlət proqramına xitam verildiyini elan edib. "Euronews"un verdiyi məlumata görə, pilotsuz aparatların istehsalına külli miqdarda vəsait xərclənib. Almaniya Müdafiə Nazirliyi təkcə beş pilotsuz təyyarənin istehsalına yarım milyard avroya yaxın pul ayırmağı planlaşdırırdı.
Ancaq sonradan, havada toqquşmalara qarşı avtomatik sistemin quraşdırılması zamanı əlavə xərclərə ehtiyac yaranması layihədən imtinaya səbəb olub. Eyni zamanda Müdafiə Nazirliyi həmin aparatların Avropa Birliyi tərəfindən sertifikatlaşdırılacağına da şübhə edir. Almaniyanın müdafiə naziri maddi zərərə baxmayaraq layihənin dayandırılmasını məqsədəuyğun sayır. "Xərclərin nəzarətdən çıxdığını gördük və buna birdəfəlik nöqtə qoymağı qərar aldıq. Dəhşətə son qoymaq, sonsuz dəhşətdən daha yaxşıdır" - deyə, Almaniyanın müdafiə naziri Tomas de Mezyer deyib.
Layihənin digər çatışmazlığı "Euro hawk" pilotsuz təyyarələrinin avtomatik aşkarlama və maneədən yayınma sistemi ilə təchiz olunmamasıdır. Belə ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan bütün dövlətlərin hava məkanında bu sistemin olması vacib şərt sayılır.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu
18.09.2018
Rusiya və Türkiyə prezidentləri Soçidə görüşüblər
18.09.2018
Türkiyə və Rusiya prezidentləri Suriya böhranı ilə bağlı ciddi anlaşma əldə ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info