Şəhriyar Məmmədyarov gümüş medal qazanıb
Tarix: 13.12.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Çinin Huayan şəhərində II Dünya İntellektual Oyunları start götürüb. Yarışlar çərçivəsində 5 növ - bric, dama, şahmat, qo, Çin şahmatı və ma-conq stolüstü oyunlar üzrə görüşlər keçirilir. Şahmat turnirində yarışların üç növdə təşkili nəzərdə tutulub. Şahmatçılar dekabrın 10-11-də rapid yarışında mübarizə aparıblar. Dekabrın 13-də blits, dekabrın 14-15-də isə bask şahmatı (eyni zamanda, iki şahmat taxtası üzərində müxtəlif rəngli fiqurlarla oyun) yarışlar keçiriləcək. Şahmat turnirində Asiya, Amerika, Afrika və Avropa ölkələrindən 12 qadın və 12 kişi şahmatçı iştirak edəcək. Azərbaycanı kişi şahmatçıların turnirində Şəhriyar Məmmədyarov və Rauf Məmmədov təmsil edirlər. Proqramın ilk növü rapid olub. Turnir iştirakçıları iki gün ərzində İsveçrə sistemi üzrə 7 turda yarışıblar. Turnirin yekununa görə, kişi şahmatçıların yarışında 4,5 bal toplayan rusiyalı Dmitri Andreykin qalib olub. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və vyetnamlı Le Kuanq Lyem eyni xal toplayıblar. Əlavə göstəricilər nəzərə alınaraq, Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb. Rauf Məmmədov isə 12-ci yerlə kifayətlənib. Bu Oyunlar Çində 2008-ci ildən keçirilir. Bütün bu illər ərzində beş növ üzrə yarışlarda qazanılan medalların sayına görə ufalı Aleksandr Georgiyev və Tamara Tansıkkujina rekordçudurlar. Onlar Dünya İntellektual Oyunlarında hərəyə 7 medal qazanıblar. Aleksandr Georgiyev 4 qızıl medala sahibdir. Proqramın digər iki növü blits və bask şahmatı olacaq. Bask şahmatında rəqiblər iki şahmat taxtası üzərində eyni zamanda mübarizə aparırlar.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Simeone oğlunu “Atletiko“ya gətirdi
17.09.2019
UEFA “Qarabağ“a 4 milyon avroya yaxın pul köçürdü
16.09.2019
Ukrayna gimnastı Vlada Nikolçenko A qrupunda birinci olub
16.09.2019
“Qarabağ” – “Sevilya” oyununa 20 min bilet satılıb
16.09.2019
Bakı bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info