Minlərlə insan Fəxri xiyabana axışıb
Tarix: 13.12.2017 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ulu öndər Heydər Əliyevin vəfatından 14 il ötür. Hər il olduğu kimi, dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gedərək, Ümummilli Liderin məzarı önündə baş əyiblər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramını parlaq təcəssüm etdirir. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, ümummilli lider Heydər Əliyevə olan ümumxalq məhəbbəti tükənməz və əbədidir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında hərbçilər, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, müxtəlif peşə sahibləri, tələbələr, şagirdlər, bir sözlə, hər yaşda olan insanlar olub. Vətənini sevən, damarından azərbaycanlı qanı axan hər kəs üçün Ulu Öndərin xatirəsi əziz və müqəddəsdir. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu ötən 14 il ərzində bir an belə unutmayıb. Bu gün təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir. Gün ərzində insanların Fəxri xiyabana axını davam edib. Ziyarətçilər buraya həm də sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Çünki Azərbaycan Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir, dünyada söz və nüfuz sahibinə çevrilir. Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz yeni–yeni qələbələrə imza atır, müstəqilliyimiz daha da möhkəmlənir, ictimai-siyasi sabitlik qətiyyətlə qorunub saxlanılır. Fəxri xiyabanda yaşanan bu izdiham göstərir ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir, onun parlaq ideyaları yalnız bu günümüzün deyil, gələcəyimizin də qarantıdır.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info