“Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaq“
Tarix: 13.12.2017 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Xələf Xələfov: "Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb"
"Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mil də balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. X. Xələfov deyib kim, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq. Xarici işlər nazirinin müavini deyib ki, razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub". Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb. Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır. Qeyd edək ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur. Xələf Xələfov bildirib ki, Qazaxıstan prezidentiNursultan Nazarbayev gələn ilin birinci yarısında konkret tarixdə Xəzəryanı dövlət başçılarının sammitinin keçirilməsi barədə təklif verəcək. Tədbirin tarixi Xəzəryanı dövlətlərin başçıları ilə razılaşdırılacaq. Həmin vaxtadək razılaşdırılmış Konvensiya layihəsi müvafiq dövlətlərdə daxili prosedurlardan və digər texniki mərhələlərdən keçəcək. Nazir müavini deyib ki, Rusiya və Azərbaycan arasında demarkasiyanın həyata keçirilməsi üçün dövlət komissiyası mövcuddur. Bu komissiya indiyə qədər bütün normativ hüquqi sənədləri qəbul edib. Nazir müavini deyib ki, hazırda qəbul edilmiş, razılaşdırılmış plan əsasında sərhəddə konkret sərhəd işarələrinin qoyulması və müvafiq qurğuların quraşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirilir: “Gələn il də bu iş davam etdiriləcək. Biz diplomatik kanallar vasitəsilə komissiyaların rəhbərləri arasında görüşləri razılaşdırırıq. Bu, daimi prosesdir”. Nazir müavini Azərbaycanla Gürcüstan arasında delimitasiya prosesinin hələ bitmədiyini qeyd edib. O deyib ki, komissiyalar danışıqlar prosesini davam etdirir. “Bizim Gürcüstanla bu il delimitasiya ilə bağlı belə məsləhətləşmə həyata keçirmək planımız var idi, ancaq bunu yerinə yetirə bilmədik. Yəqin ki, gələn ilin əvvəllərindən başlayaraq Gürcüstanla danışıqları davam etdirəcəyik. Müəyyən sahələrdə razılaşma əldə olunmursa, danışıqlar davam etdirilir. Bu, uzun prosesdir, çox da asan proses deyil. Elə olur ki, hər bir sahə üzrə aylarla müzakirə aparılır”, - deyə X.Xələfov bildirib.
Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info