Ukrayna prokurorluğu Saakaşvilinin ilə bağlı apelyasiya şikayəti verəcək
Tarix: 13.12.2017 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


“Biz Saakaşvili barəsində çıxarılan qərarla razı deyilik və apelyasiya şikayəti verəcəyik”. Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko bəyan edib. “Mən məhkəmənin qərarı ilə qəti razı deyiləm. Baş prokurorluq Saakaşvili barəsində bütün dəlil-sübutları məhkəməyə təqdim edib. Mən təsəvvür edə bilmirəm, hansı ölkədə vətəndaşlıqdan məhrum edilən şəxs zor gücü ilə sərhədi yarır”, deyə Y.Lutsenko qeyd edib. O əlavə edib ki, Saakaşvilinin təsis etdiyi hərəkat hakimiyyəti devirmək məqsədi ilə yaradılıb. Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı, “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim M.Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb. Dekabrın 8-də Kiyevdə saxlanılan M.Saakaşvili Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info