“Aviasiya sazişi“nə dair məsələ gələn ilin yanvar-fevral aylarında həll oluna bilər”
Tarix: 13.12.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


"Azərbaycanla Avropa İttifaqı arasında "Aviasiya sazişi" üzrə bir-iki məsələ hələ qalıb. Ola bilsin yanvar-fevral aylarında bu məsələ də həll olunsun". Bu sözləri Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. Nazir müavininin sözlərinə görə, Aİ bununla bağlı Azərbaycana nümayəndə heyəti göndərmək istəyir. Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, dekabrın 15-də Avropa İttifaqı ilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq. O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: “Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək”. Nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair bir-iki məsələ qalıb: “Onlar da yaxın zamanlarda həll olacaq. Biz videokonfranslar aparırıq, lazım olsa, görüşmək də olar. Tərəfdaşlıq prioritetlərində Aİ ilə hansı sahələrdə işləyə biləcəyimiz qeyd olunub. Orada təxminən bütün sahələr var. Üç illik prioritetlər öz əksini tapıb. 2020-ci ilə kimi onların hamısını həll etmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info