Ulu öndər Heydər Əliyevin xatirəsi Stokholmda anılıb
Tarix: 13.12.2017 | Saat: 02:45:00 | E-mail | Çapa göndər


Azərbaycanın İsveçdəki səfirliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində səfirliyin əməkdaşları, diaspor təşkilatlarının fəalları və ictimaiyyət nümayəndələri səfirlikdə Ulu Öndərin büstü önünə əklil qoyub, böyük şəxsiyyətin əziz xatirəsini yad ediblər.
Azərbaycan diasporunun nümayəndələri Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Onun Azərbaycanın ən çətin illərində siyasi hakimiyyətə qayıdaraq ölkəmizdə hökm sürən xaos və anarxiyanın qarşısını aldığını, bugünkü müasir müstəqil Azərbaycanın banisi kimi adını tarixə yazdığını qeyd ediblər. Çıxış edənlər Ulu Öndərin tarixdə əvəzolunmaz lider, qüdrətli dövlət başçısı, Azərbaycanın xilaskarı kimi qaldığını, dahi rəhbərin bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etdiyini, həmişə xalqa arxalandığını vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyevin ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafında misilsiz xidmətləri var. Dahi rəhbərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib.
Tədbir çərçivəsində səfirlikdə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən kitablar təqdim olunub, sənədli film nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info