«Avropalıların 66 faizi hesab edir ki, övladları onlardan pis yaşayacaq»
Tarix: 18.05.2013 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Nüfuzlu «Pew Research Center» sosioloji araşdırma mərkəzi «Yeni xəstə Avropa-Avropa İttifaqı» adı altında sorğu keçirib. Sorğu müəllifləri hesab edirlər ki, Avropadakı böhran dəyərlərin də böhranına səbəb olub.
Avropa İttifaqı uzun müddət Avropanın «lokomotivi», sağlam yeri sayılıb. Amma bu, indi artıq belə deyil. Sosioloqlar Avropa inteqrasiya ideyasının böhran içində olması qənaətinə gəliblər. Son 50 il ərzində birləşmiş Avropa yaradılması istiqamətində edilən cəhdlər avronun böhranının qurbanına çevrilib. Keçirilən sorğu göstərir ki, Avropada inteqrasiya tərəfdarları tarixi minimuma enib. 2012-ci ildə keçirilən sorğuda respondentlərin 60 faizi Avropa İttifaqını pozitiv qiymətləndirirdilər. Bir il sonra bu dəstək 45 faizə enib. Britaniyada Avropa İttifaqına müsbət yanaşanlar əhalinin 43, Fransada 41, İtaliyada 58, İspaniyada 46, Yunanıstanda 33, Çexiyada 38 faizini təşkil edir. «İqtisadi inteqrasiyanın iqtisadiyyatı gücləndirməsi» fikri ilə almanların 54, britaniyalıların 26, fransızların 22, italyanların 11, ispanların 37, polyakların 41 və çexlərin 29 faizi razıdır. Almanların 25 faizi hesab edir ki, Avropa daxilində iqtisadi şərtlər pisdir. Fransızlarda bu göstərici 91 faizdir. Almanların 35, fransızların isə 58 faizi Avropa İttifaqını yararsız hesab edir. Franızların 77 faizi hesab edir ki, iqtisadi inteqrasiya onların iqtisadiyyatını zəiflədir. Respondentlərin 66 faizi isə hesab edir ki, övladları onlardan pis yaşayacaq. Sorğu keçirilən ölkələrin əhalisinin 77 faizi hesab edir ki, mövcud iqtisadi sistem varlılar üçün əlverişlidir, 85 faiz isə hesab edir ki, son beş il ərzində varlılarla kasıblar arasında uçurum bir qədər də dərinləşib. Avropa daxilində inteqrasiya gənclər arasında da nüfuzdan düşüb. 2007-ci ildə İspaniya gənclərinin 88 faizi Avropa İttifaqını dəstəklədiyi halda, indi bu rəqəm 46 faizə enib. Yunan gənclərinin sadəcə 31 faizi Avropa İttifaqını dəstəkləyir. İqtisadi inteqrasiyanın iqtisadiyyatı gücləndirdiyini dəstəkləyənlərin gənclərin sayı yarıbayarı azalıb.
ANAR




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
İtaliyanın keçmiş baş nazirinin valideynləri ev dustaqlığına məhkum olunublar
19.02.2019
Çin kosmosda günəş elektrostansiyası tikəcək
19.02.2019
Binəli Yıldırım istefaya gedib
19.02.2019
Boliviyada yük maşını ilə avtobus toqquşub
18.02.2019
Britaniya parlamenti: “Sosial media tənzimlənməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info