İnsanlar hotellərdə təhlükəsizlik qaydalarına necə riayət etməlidirlər
Tarix: 13.12.2017 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


“Səyahətə yollanan insanların ilk növbədə getdikləri hotelin təhlükəsizlik vəziyyətinin necə olmasına diqqət etməlidir”. Bu fikri təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev KİV-ə açıqlamasında turistlərin təhlükəsizliyi haqqında danışarkən deyib.
O bildirib ki, hotellərdə təhlükəsizliyin təmini dedikdə öncə hotelin fiziki olaraq qorunması nəzərdə tutulur: “Bura hotelin girişində olan stasionar mühafizə postundan tutmuş video nəzarət kameraları vasitəsilə müşahidə, nəqliyyatın yoxlanışı, texniki təhlükəsizlik, qida təhlükəsizliyi, sanitar-gigiyenik normalar, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi, elektron informasiya təhlükəsizliyi daxildir. Bayram və digər tədbir günlərində hotellərdə təhlükəsizlik daha da gücləndirilir. Əlavə işçi qüvvəsi, videonəzarət vasitəsi ilə ərazi və digər strateji yerlərə nəzarət artırılır, səyyar mühafizəçilərlə təhlükəsizliyin təmin edilməsi təşkil edilir".
Ekspert turistlərin hoteldə hansı təhlükəsizlik qaydalarına əməl etməli olduqlarını da diqqətə çatdırıb: "İlk növbədə hotelin daxili qayda-qanunlarına hörmət etməklə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yəni, ərazidə nəqliyyat vasitəsini idarə edərkən təyin olunmuş sürət həddini aşmamaq, qadağan olunmuş yerlərə girməmək, hotel ərazisindən meşə sahəsinə çıxdıqda hotel menecerlərindən məlumat almaq (meşədə ilan, əqrəb və s. olması təhlükəsini nəzərə alaraq), inzibatçısı olmayan atraksionlardan özbaşına istifadə etməmək, əyləncə vasitələrindən, qolf, katamaran, kvadrasikl və s. istifadə edərkən təhlükəsizlik qaydalarına riayət etmək, hotelə özünüzlə tez alışan, partlayıcı, pirotexniki vasitələr gətirdikdə mütləq hotel administrasiyasına xəbər etmək və uşaqları daim nəzarətdə saxlamaq lazımdır".

E.Nurəliyev fövqəladə vəziyyət zamanı hotel personalı və turistlərin davranış qaydaları barədə də məlumat verib: "Turistlərin çoxunun etmədiyi çox vacib bir nüans var. Hotelə yerləşdiyi zaman inzibatçıdan fövqəladə hal baş verərsə, davranış qaydalarını öyrənmək. Bura ehtiyat çıxış qapısının, yanğınsöndürən balonun, fövqəladə vəziyyətdə toplanış yeri, kömək üçün çağrı nömrələri daxildir. Fövqəladə vəziyyətdə liftdən istifadə etmək olmaz. Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır ki, istirahətiniz xoş və yadda qalan olsun".

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info