“Bakcell“in stendi “BakuTel-2017“ sərgisinin ən orijinal stendi seçildi
Tarix: 13.12.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “BakuTel 2017” Sərgi-Konfransında fəal iştirakına görə mükafatlandırılıb. Şirkətinin stendi “BakuTel-2017” sərgisinin “ən orijinal stendi” adına layiq görülüb.
2017-ci ilin 5-8 dekabr tarixlərində keçirilmiş “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş “Bakcell” stendi sərgi qonaqlarının böyük marağına səbəb olaraq, bu nüfuzlu tədbirin ən populyar və ziyarət olunan stendinə çevrilib. Stendin ziyarətçiləri “Robot Automation Latency” (Proseslərin Robotlaşdırılması, Məlumatların Ötürülməsində Gecikmə Müddəti) nümayişi ilə yanaşı, Azərbaycanda indiyədək görünməmiş 5G-yə hazırlığı və 4.5G Pro texnologiyasının 1 Gb/saniyəyədək olan inanılmaz sürətini görmək imkanını qazanıblar. Bundan əlavə, “Bakcell” stendinin qonaqları “Bakcell” şirkətinin təqdim etdiyi “Bakcell TaxFree app”, “Klass Postpaid”, “MyHour” və hətta “Pulsuz İnstagram” kimi bəzi yeni məhsullar, təkliflər və xidmətlərlə tanış olublar.
Maraqlı müsabiqələr və bol əyləncə ilə yanaşı, stenddə Bakcell şirkətinin “AppLab” proqramı vasitəsilə gənc Azərbaycanlı proqram tərtibatçıları tərəfindən yaradılmış 3 layihə də nümayiş etdirilib.
Nəticədə innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi sərginin “ən orijinal stendi” seçilib və “BakuTel-2017” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən sertifikatla təltif olunub. “Bakcell” şirkətinin “BakuTel 2017” sərgisi çərçivəsində təşkil edilmiş stendinin bütün ziyarətçiləri mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə ediblər. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info