Cənub bölgəsinin folkloru elmi cəhətdən tədqiq olunacaq
Tarix: 13.12.2017 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu arasında bu günlərdə imzalanmış əməkdaşlıq müqaviləsi ölkəmizin cənub bölgəsinin folklor nümunələrinin elmi cəhətdən araşdırılmasına, tədqiqinə öz töhfəsini verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov arasında bağlanmış 5 illik müqaviləyə əsasən Lənkəran-Astara bölgəsində folklor nümunələrinin toplanması və nəşrə hazırlanması məqsədilə ekspedisiyalar təşkil ediləcək, toplanmış folklor nümunələri pasportlaşdırılacaq, folklorun yayılma arealı və regional xüsusiyyətləri müəyyənləşdiriləcək.
Müqaviləyə əsasən LDU Folklor İnstitutu əməkdaşlarının cənub bölgəsinə ekspedisiyalarının təşkilinə kömək göstərəcək. Birgə fəaliyyət planına uyğun olaraq, müştərək elmi seminarların, simpoziumların, konfransların keçirilməsi də qərara alınıb.
Müştərək elmi tədqiqatların aparılmasının əsas məqsədi elmlə tədrisin inteqrasiyasına nail olmaqdır. Müqavilənin şərtlərinə əsasən, AMEA-nın Folklor İnstitutu folklor-etnoqrafiya laboratoriyasının yaradılması üçün LDU-ya metodiki və texniki kömək göstərəcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info