2020-ci ilədək Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək
Tarix: 13.12.2017 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


"Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək" layihə sənədinin imzalanması baş tutub.
Sənədi Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") sədri İnam Kərimov, Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMTİP-in rezident nümayəndəsi Qulam İshaqzai imzalayıblar.
 
ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin sözlərinə görə, ASAN xidmət, Aİ və BMT-nin İnkişaf Proqramı arasında imzalanan layihənin 3 il müddətinə həyata keçirilməsi nəzərdə tutulub.

"Belə ki, 2020-ci ilədək Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək. Dəstək ABAD xidmətləri vasitəsilə həyata keçiriləcək. Bu insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevrilərək Azərbaycan iqtisadiyyatına töhfə verəcəklər. BMT-nin daimi inkişaf məqsədlərinə qismən nail olunması  nəzərdə tutulur. Layihə çərçivəsində ailələrin brendləri yaradılacaq, məhsulları istehsal olunacaq və satışa çıxarılacaq. Bu layihənin maliyyələşməsini 3 tərəf həyata keçirəcək. Əsas maliyyə partnyoru qismində Avropa İttifaqı çıxış edir. BMT-nin İnkişaf Proqramı bu layihə çərçivəsində icraya nəzarət və maliyyə xərclərini öz üzərinə götürən tərəfdir. ABAD publik hüquqi şəxs agentlik tərəfi isə icraçı tərəfdir və bütün bu layihəni icra edəcək", - deyə o qeyd edib.

ABAD direktoru onu da vurğulayıb ki, hal-hazırda sıralarımızda 170 "ABAD"çı var ki, onlardan 25-i kənd təsərrüfatı istehsalı ilə məşğul olur: "Digər mütləq əksəriyyət sənətkarlıqla məşğul olan "ABAD"çılardır. Bundan başqa, 5 sərgi-satış mərkəzlərindən əlavə "Bravo" mağazalar şəbəkəsində də bizim "ABAD"çıların məhsullarının satışı həyata keçirilir. Ötən müddət ərzində bütün məhsulların satış dövriyyəsi 320 min manata çatıb. Bu göstəricinin 230 minə qədəri "ABAD"çılarımızın bank hesabına köçürülüb".
 
Hələlik iki istiqamət üzrə (kənd təsərrüfatı, dekorativ-tətbiqi xalq sənətkarlığı) layihələrə dəstək göstərdiklərini qeyd edən R.Elçiyev bunun başlanğıc olduğunu bildirib: "Biz yalnız kənd təsərrüfatı, sənətkarlıq deyil digər sahələri də dəstəkləməyə hazırıq. Əsas odur ki, maraqlı ideya, maraqlı biznes plan olsun biz onu dəstəkləməyə hazırıq. Turizmin inkişafı üzrə hostellərin yaradılmasına böyük ümidlərimiz var".
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info