“Heydər zirvəsi”nə yürüş uğurla başa çatıb
Tarix: 13.12.2017 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) dəstəyi ilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.
FAIREX-dən AZƏRTAC-a bildiriblər ki, dekabrın 9-dan 12-dək həyata keçirilən yürüş əvvəlcə Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində qurulmuş düşərgəyə, növbəti gün isə oradan zirvəyə doğru davam etdirilib.
Yürüşün mütəşəkkil təşkili məqsədilə yaradılmış qərargah tərəfindən öncədən marşrut müəyyənləşdirilib, marşrut üzərində tam təchizatlaşdırılmış çadır düşərgəsi qurulub, çətin relyef və iqlim şəraitinə malik olan dağlarda insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.
İştirakçılar Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində ulu öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzərək müasir müstəqil Azərbaycanın qurucusunun əziz xatirəsini yad ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.05.2019
Yunanıstanda “Azərbaycan günləri“ adlı silsilə tədbirlər keçirilib
20.05.2019
…Hər sözdə vətən axtaran soydaşımız
20.05.2019
CASCFEN Şəkidə seminar keçirib
20.05.2019
Azərbaycan SPBIF-da öz fəaliyyətini genişləndirəcək
20.05.2019
YAP-la Mədəniyyət Nazirliyi arasında birgə Fəaliyyət Planına dair kommunike imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
3 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
4 Üç müharibə iştirakçısı olan general-mayor
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info