BANM Heriot-Vatt Universiteti ilə əməkdaşlığı genişləndirir
Tarix: 13.12.2017 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Böyük Britaniyanın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universitetində (HVU) olub.
BANM-dən bildirilib ki, səfərin əsas məqsədi iki ali məktəb arasında münasibətlərin gücləndirilməsi, proqram təminatı və cari məsələlərin həlli, eyni zamanda, gələcək əməkdaşlığın istiqamətlərinin müzakirəsi olub.
BANM-də akademik proqram idarəetməsini təkmilləşdirmək məqsədilə rektor Elmar Qasımov HVU-nun Mühəndis və Fiziki Elmlər Məktəbinin rəhbəri Stefan MakLaflinlə görüşüb. Görüşdə tərəflər BANM-də təhsil alan tələbələrin proqram təminatının daha da yaxşılaşdırılması, eyni zamanda, növbəti “Məzun günü”nün təşkilati məsələləri barədə razılığa gəliblər.
Sonra Elmar Qasımov HVU-nun rektoru, professor Riçard Uilyamsla görüşərək strateji əməkdaşlıq haqqında danışıqlar aparıb. Tərəflər təhsilin yeni istiqamətləri, BANM-də birgə doktorantura pilləsinin təşkili və magistr pilləsində tədrisin genişləndirilməsi istiqamətində razılıq əldə ediblər.
Xatırladaq ki, BANM Heriot-Vatt Universiteti ilə mütəxəssis hazırlığında əməkdaşlıq edir. Böyük Britaniyanın bu nüfuzlu universiteti 2012-ci ildən BANM-in rəsmi tərəfdaşıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info